kanal1

“Putini işə gətirən helikopter bir həftədir görünmür” – Rusiya jurnalisti

Tarix:3-03-2022, 15:00
Baxış Sayı:110 776

“Putini işə gətirən helikopter bir həftədir görünmür” – Rusiya jurnalisti


Rusiya prezidenti Vladimir Putinin harada olması barədə çoxlu suallar verilir, amma rəsmi cavab yoxdur. Bir neçə gün əvvəl onun Uralda inşa edilmiş bunker tipli xüsusi mənzil-qərargahda işlədiyi bildirilmişdi.

Artıq bir həftədir ki, Kreml yaxınlığında Vladimir Putini işə gətirən helikopterlər görünmür.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiyadan olan dissident və jurnalist Aleksandr Podrabinek sosial şəbəkə hesabında məlumat verib. O deyib ki, mənim evimin pəncərəsindən Kreml görünür və bir həftədir Putinin helikopterləri Kreml ətrafında görünmür.

"Adətən, həftə boyunca iş günlərində saat 11-ə işləmiş iki helikopter bir-birinin ardınca bir neçə dəqiqəlik fasilə ilə bizim evin üzərindən uçur. Onlar düz Kremlin ərazisinə enir. Putin onlardan birində uçur.

“Bu, faktdır və hər kəs bunu öz bildiyi kimi yoza bilər”,- deyə jurnalist əlavə edib.

Bundan əvvəl Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko Rada telekanalının efirində demişdi ki, Kreml rəhbəri Vladimir Putinin bu günlərdə Uralda bunkerdə olmasına dair sübutlar var.

"Putin artıq 5-ci gündür ki, Uraldakı bunkerindədir. Onun bunkerdə olması faktı yüz faiz dəqiqdir. Müəyyən məlumatlara görə, o, hazırda Uraldadır. Və bunu bir çoxları da təsdiqləyir. Rusiyalı media nümayəndəliri - analitiklər, jurnalistlər və s. də bunu təsdiqləyir”.

Onun sözlərinə görə, hazırda Putin öz ətrafının və elitasının reaksiyasından qorxduğu üçün orada gizlənir. Özünə qarşı qəsd ola biləcəyindən ehtiyatlanır.

Ukrayna deputatı başqa bir fakta da diqqət çəkib. Onun sözlərinə görə, Putin özünü yoluxmadan qorumaq üçün təxminən 2 il sərt özünütəcrid şəraitində yaşayıb.

"Yoluxmaqdan qorxduğu üçün son 2 ilin çox hissəsini də bunkerdə keçirmişdi. İndi onun yeni fobiyası var. Ukrayna müharibəsi ilə bağlı avantüranın nəticə vermədiyini anlayıb və fobiyası daha da güclənib - gizlənməyə və tamamilə hər şeydən qorxmağa başlayıb",- deyə Denisenko bildirib.

Qeyd edək ki, Putinin atipik davranışını araşdıran ABŞ kəşfiyyat analitikləri də bildirmişdilər ki, uzunmüddətli təcrid ona güclü təsir edib, o üzdən də qəribə davranış tərzi sərgiləyir və qeyri-standart qərarlar verir. Xatırladaq ki, iddialara görə, Putin qlobal böhran başlayandan bu yana özünü tam olaraq təcrid edib, testdən keçməyən dövlət başçıları ilə də yaxın təmasdan imtina edib.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO