kanal1

Ara Ayvazyan: "Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir"

Tarix:20-04-2022, 13:30
Baxış Sayı:187 961

Ara Ayvazyan: "Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsidir"


"Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması  çox çətin olacaq. Bu, uzun prosesdir, regionumuzda təhlükəli vəziyyət mövcuddur". 

Bunu Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan jurnalistlərə açıqlamasında deyib.

"Biz hər addımı yüz dəfə ölçməli, sonra onu atmalıyıq. Yenə deyirəm, indi geosiyasi avantüra bizim üçün çox təhlükəlidir”- sabiq nazir qeyd edib.

44 günlük müharibədən sonra bölgədə yaranmış duruma  aydınlıq gətirən sabiq nazir deyib ki, müharibədən sonra gedən  geosiyasi proseslərin davam etdiyinə nəzər salsaq proseslərin  təkcə Ermənistan-Azərbaycan oxunda getmədiyini və  daha ciddi olduğunu görərik.

"Gedən proseslərdə Ermənistan Cənubi Qafqazın ən zəif ölkəsi kimi görünür. Lakin  buna baxmayaraq  gələcək geosiyasi proseslər konteksində bir çox məqamlar Ermənistanın da mövqeyindən asılıdır"- sabiq nazir qeyd edib.

 O əlavə edib ki, bu baxımdan prosesləri təhlil etsək, o zaman proseslərin təkcə müharibə ilə bitmədiyini  göstərir: "O baxımdan ətrafımızda baş verən proseslərə nəzər salmaq lazımdır".

Sabiq nazir Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı sualı cavablandırarkən qeyd edib ki, ağ və qara arasında seçim etməyə çalışmamalısınız: "Əminəm ki, diplomatiya yolu ilə həqiqətən çox çətin olan  bu vəziyyətdə  ağlabatan addımlarla minimumu təmin edə bilərik".

Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması ilə bağlı sualı cavablandıran Ara Ayvazyan deyib ki, dialoq aparmaq lazımdır. 

Xatırladaq ki, Ara Ayvazyan 2020-ci il noyabrın 18-də xarici işlər naziri təyin edilib, 2021-ci il mayın 27-də isə istefa verib.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı