kanal1

Ərdoğanla Nikolun ilk təması: Ankara və İrəvanın istəyi…

Tarix:12-07-2022, 10:55
Baxış Sayı:98 518

Ərdoğanla Nikolun ilk təması: Ankara və İrəvanın istəyi…


Ərdoğanla Paşinyan ilk dəfə telefon danışığı həyata keçirdi: bu, qalmaqallı Sürix protokollarından sonra Türkiyə və Ermənistan liderlərinin ilk rəsmi təmasıdır və 13 il öncəkindən fərqli olaraq, indi münasibətlər Bakının maraqları-istəkləri fonunda baş tutur.

Ankara-İrəvan münasibətlərinin normallaşmasında hər kəsin öz marağı var:

- Ermənistan Türkiyə - Qərb bazarına çıxış əldə etmək, Rusiya qarşısında ən azı iqtisadi platforma olaraq alternativ qazanmaq, “dalan ölkə” olmaqdan çıxmaq istəyir;

- Ankara qondarma “erməni soyqırımı” kartını tamamilə sıradan çıxarmaq, Cənubi Qafqazda təsir imkanlarını genişləndirmək istəyir;

- Bakı postmünaqişə dövrünün gündəliyinin – ermənilərin ərazi iddialarından əl çəkməsi, münasibətlərin normallaşması, sülh sazişinin imzalanması və s. – tamamilə reallaşmasını, Ermənistana Türkiyə, dolayısı ilə həm də Azərbaycan təsirinin ayaq açmasını istəyir.

Bu perspektivə həm Qərb, həm də Rusiya paralel şəkildə mane olub, lakin indi regionun dəyişən gündəliyi, daha doğrusu, tarazlığın müharibədən sonrakı vəziyyətə qaytarılmaq istəyi müəyyən gözləntilər yaradır.

Birincisi, Ankara-İrəvan xəttində münasibətlərin normallaşması prosesində Moskva da iştirakçıdır: Paşinyan Putindən Ərdoğanla danışmaq üçün icazə istəmişdi (erməni mediasının məlumatı), Ərdoğan Paşinyanla danışdıqdan sonra Putinlə də danışdı;

İkincisi, Qərbin (Aİ, yaxud ABŞ-ın) prosesdə iştirakı və müdaxilə imkanının zəiflədiyi, yaxud arxa plana keçirildiyi müşahidə olunur: Lavrovun Ankara-İrəvan-Tehran-Bakı marşrutu üzrə çıxdığı səfərindən sonra regionda Türkiyə və Rusiyanın ikili fəaliyyətinin önə çıxmasına dair anlaşmanın olması istisna deyil.

Normallaşma perspektivinə mane ola biləcək qüvvələrdən biri (Qərb) müəyyən qədər kənarlaşır, digəri (Rusiya) iştirakçıya çevrilir.

Rusiya “3+3” formatının qurulmasından yanadır, Türkiyənin, həm də Azərbaycanın marağında olan bu formatın mümkünlüyü yenidən gündəmdədir. Və bu bizə imkan verir ki:

- 10 noyabr razılaşmasının bəndləri icra edilsin;

- Zəngəzur dəhlizi “dəhliz məntiqi” ilə açılsın: “dəhliz məntiqi” yola nəzarət baxımından Rusiyanın da marağındadır;

- Sülh sazişinin imzalanması şərtləri yetişsin.

“3+3” formatının yaranması perspektivi bunlardan, xüsusilə Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına son qoymasından asılıdır. Lakin bu şərtlərin necə yetişdiriləcəyi hələ də sual altındadır: danışıqlarla, yoxsa razılaşmağa məcbur edəcək hərbi addımlarla?!

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO