kanal1

Nyu-Yorkdakı soydaşlarımız BMT önündə etiraz aksiyası keçiriblər - FOTO

Tarix:26-12-2022, 09:42
Baxış Sayı:73 094

Nyu-Yorkdakı soydaşlarımız BMT önündə etiraz aksiyası keçiriblər - FOTO


ABŞ-ın Nyu-York şəhərində yaşayan azərbaycanlı fəalların BMT-nin mənzil-qərargahı önündə dinc etiraz aksiyası keçirilib.

Azərbaycan-Amerika Qadınlar Assosiasiyasının rəhbəri Minəvvər Vahabovanın təşkilatçılığı ilə baş tutan aksiya Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərindəkı faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına etiraz səsini ucaltmaq, Şuşa-Xankəndi yolunda etiraz edən azərbaycanlı ekofəalları, vətəndaş cəmiyyətinin təmsilçilərini və könüllüləri dəstəkləmək məqsədilə gerçəkləşdirilib. 

Hazırda ABŞ-da hava şəraitinin soyuq olmasına və fırtına xəbərdarlığına baxmayaraq, bir qrup həmvətənimiz aksiyaya qatılaraq BMT-dən Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi bəşəri cinayətə beynəlxalq hüquq çərçivəsində cavab verilməsini, bölgəyə ekspertlərin göndərilməsini və yataqlarda monitorinq keçirilməsini tələb ediblər. 
Aksiya iştirakçıları üzərində “Ermənistanın ekoloji terrorunu dayandırın!”, “Azərbaycanın təbii sərvətlərinin qeyri-qanuni istismarına son qoyulsun!”, “Ekoloji cinayətə son!”, “Azərbaycanın ətraf mühütinə qarşı cinayətlərə son qoyun!”, “Erməni separatçılarının qeyri-qanuni fəaliyyətinə son qoyulsun!”, “Laçın yolundan hərbi məqsədlərlə istifadəyə son qoyulmasını tələb edirik!”, “Bəşəri cinayət!”, “Ətraf mühitə aradan qaldırılması mümkün olmayan zərərlər vurmağı dayandırın!” şüarlarının əks olunduğu plakatları nümayiş etdiriblər. 

Münəvvər Vahabova BMT-yə müraciətində bildirib ki, Ermənistanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın tarixi-hüquqi torpaqlarında faydalı qazıntı yataqlarını qeyri-qanuni olaraq istismar etməsi cinayətdir. Bu,  yalnız  Azərbaycanın deyil, dünyanın ekosisteminə və bütövlükdə bəşəriyyətə vurulan ən böyük zərbədir.

Aksiya ilə maraqlanan yerli sakinlərə Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoterror barədə ətraflı məlumat verilib. 

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO