kanal1

Bolqarıstanda böhran: Höküməti türklər qurmalıdır, amma ...

Tarix:10-01-2023, 09:13
Baxış Sayı:141 212

Bolqarıstanda böhran: Höküməti türklər qurmalıdır, amma ...


Bolqarıstanda Dəyişikliyə Davam Partiyası adından baş nazirliyə namizəd olaraq irəli sürülən Nikolay Denkovun hökumət qura bilməməsinin ardından ölkədə növbədənkənar seçkilərin keçirilə biləcəyi gündəmə gəlib.

Publika.az xəbər verir ki, Bolqarıstanda baş nazir Kiril Petkovun koalisiya hökuməti 22 iyun 2022-ci ildə parlamentdə etimad səsverməsini itirdikdən sonra hökumət böhranı davam edir.

Hökumətin süqutundan sonra parlamentdə ən çox deputatı olan partiyalara müvafiq olaraq hökuməti qurmaq tapşırığı verilib, halbuki indiyədək heç bir partiya hökuməti formalaşdıra bilməyib.

Prezident Rumen Radevin hökuməti qurmaq tapşırığını verdiyi Dəyişikliyə Davam Partiyası da razılığa gələ bilməyib. Dəyişikliyə Davam Partiyası adından baş nazirliyə namizədliyi irəli sürülmüş Nikolay Denkov hökuməti qurmaq vəzifəsini prezident Radevə qaytarıb.

Bolqarıstan Konstitusiyasına görə, prezident kabinetin formalaşdırılması vəzifəsini müvafiq olaraq birinci və ikinci ən böyük partiyaya, kabineti formalaşdıra bilmədikdə isə öz seçdiyi üçüncü tərəfə tapşıra bilər.

Bolqarıstan Parlamentində üçüncü ən böyük partiya üzvlərinin əksəriyyəti türklərdən ibarət olan və 36 deputatı olan Haqq və Azadlıqlar Hərəkatıdır (HÖH).

Lakin prezident Radevin hökuməti qurmaq tapşırığını HÖH-ə deyil, 20 deputatı olan Demokratik Bolqarıstan Partiyasına verəcəyi gözlənilir. HÖH vitse-prezidenti Yordan Tsonev Bolqarıstan mətbuatına verdiyi açıqlamada bildirib ki, reputasiya ən məntiqli addımdır. Hökuməti qurmaqda ən çox təcrübəyə malik olan partiya HÖH-dür. Əksər müsəlmanlar, bolqar türkləri, bolqarlar və digər etnik qruplar 30 ildir ki, HÖH-ə öz siyasi təmsilçiliyi kimi baxırlar. Bu insanlara hörmətsizlikdir.

Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Dünəndən bəri Bakıda 41 ağac sınıb - Fotolar
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Prezident xorvatiyalı həmkarını təbrik etdi
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Yasa gedərkən qəzaya düşdülər - Yaralılar var
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Rusiya Ermənistandakı səfirini Moskvaya çağırdı
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
Ağdərədə sümük qalıqları aşkarlandı - İtkin düşmüş ailə ola bilər - Fotolar
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
1000-dən az qazanan vergi ödəməməlidir — Natiq Cəfərli
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Köçəryandan etiraf: 44 günlük müharibəni Ermənistan özü yaxınlaşdırdı
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır
Deputat: Minimum maaş ən azı 660 manat olmalıdır