kanal1

Ərdoğanın 5 uşaq təklifindən sonra maraqlı rəqəmlər məlum oldu

Tarix:14-06-2023, 10:08
Baxış Sayı:105 330

Ərdoğanın 5 uşaq təklifindən sonra maraqlı rəqəmlər məlum oldu


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən Azərbaycana rəsmi səfəri zamanı verdiyi açıqlamalardan biri sosial mediada gündəm olub. Belə ki, qardaş ölkənin başçısı Azərbaycanda əhalinin artımı üçün hər ailədə 5 uşağın doğulmasını düzgün hesab edib.

Bu açıqlamanın ardından iqtisadçı ekspert Samir Əliyev Azərbaycan və Türkiyədə demoqrafik vəziyyətlə bağlı araşdırma edib.

Ekspert bildirir ki, 2022-ci ildə Türkiyədə uşaqların (0-17 yaş) ümumi əhalidə payı 26,5% olub: “Halbuki 1970-ci ildə bu göstərici 48,5%, 1990-cı ildə 41,8% olub. Proqnozlar ürəkaçan deyil. Çünki proqnoza görə, 2030-cu ildə əhalinin 25,6%-i, 2040-cı ildə 23,3%-i, 2080-ci ildə 19%-i uşaqlardan ibarət olacaq”. 

S. Əliyevin sözlərinə görə, Azərbaycanda uşaqlar 1990-cı ildə əhalinin 38,5%-ni, 2021-ci ildə 23,9%-ni təşkil edib: “Proqnozlar özünü doğrultsa, Türkiyədə demoqrafik vəziyyət təxminən 2040-cı ildə Azərbaycandakı həddə çatacaq”. 

Fertillik əmsalına (ümumi nəsilvermə əmsalı) gəlincə ekspert bildirib ki, Azərbaycanda bu əmsal 1990-cu ildəki 2,77 həddindən 2021-ci ildə 1,52 həddinə enib: “Türkiyədə analoji göstərici 2008-ci ildə 2,38 olduğu halda 2022-ci ildə 1,62-yə düşüb. Türkiyədə ən yüksək göstərici Şanlıurfada (3,59), ən aşağı göstərici isə Kütahyada (1,18) qeydə alınıb. Türkiyə xəritəsinə baxsaq, ən aşağı göstəricilər şimal, şimal-qərbi və şimal-şərqi ərazilərdə, ən yüksək göstəricilər isə cənub, cənub-şərqi və şərq ərazilərdə olub. 

“2021-ci ildə Azərbaycanda ev təsərrüfatlarının orta ölçüsü 4,12, Türkiyədə isə 3,23 olub”, - ekspert əlavə edib.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı