kanal1

Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub göndərib

Tarix:22-03-2022, 12:06
Baxış Sayı:118 040

Prezident İlham Əliyev ABŞ Prezidentinə məktub göndərib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə məktub göndərib.

"Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Novruz bayramı münasibətilə təbrik məktubunuza və xoş sözlərinizə görə Sizə təşəkkürümü bildirirəm.

Sizin də qeyd etdiyiniz kimi, bu il biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik. Bu hadisə ilə əlaqədar Sizi təbrik edir, dost Amerika xalqına ən səmimi arzularımı çatdırıram.

Məmnunluqla qeyd etmək istəyirəm ki, ötən otuz ildə ölkələrimiz arasında uğurlu ikitərəfli münasibətlər formalaşmışdır. Bu dövr ərzində çoxşaxəli səmərəli fəaliyyətimiz qarşılıqlı investisiya yatırımı, ölkənizi təmsil edən yüzlərlə şirkətin Azərbaycanın iqtisadi həyatında fəal iştirakı ilə müşayiət olunmuşdur.

Azərbaycan ilə Birləşmiş Ştatların ikitərəfli müstəvidə olduğu kimi, çoxtərəfli əsasda da vacib məsələlərin həlli istiqamətində birgə fəaliyyəti təqdirəlayiqdir. Bu baxımdan enerji təhlükəsizliyi, beynəlxalq təhlükəsizlik, terrorizmə qarşı mübarizə tərəfdaşlığımızı səciyyələndirən aparıcı sahələr sırasındadır. Qlobal enerji təhlükəsizliyinin təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edən Xəzər dənizinin Azərbaycan sektorunda zəngin enerji ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli, irimiqyaslı transmilli enerji layihələrinin reallaşması sahəsində ABŞ-ın göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndiririk.

Azərbaycan beynəlxalq terrorizm və onun müxtəlif təzahürlərinə qarşı mübarizədə də Birləşmiş Ştatlarla bir sırada yer almış, etibarlı tərəfdaş olduğunu sübut etmişdir. Ölkəmizin NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sona qədər ABŞ-la sıx işbirliyi beynəlxalq sülh və təhlükəsizliyə verdiyimiz töhfənin bariz təzahürüdür.

Hörmətli cənab Prezident,

Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra etmişdir. Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.

İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, dost və tərəfdaş olaraq bütün sahələrdə ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Amerika xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO