kanal1

İslam İsmayılov: Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcək

Tarix:30-04-2022, 13:54
Baxış Sayı:129 844














Baş DYP-nin Xaçmaz rayonundakı qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi İslam İsmayılov“Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda mühüm mesajlar verdi. Dövlətimizin başçısı 44 günlük müharibədən sonra regionda yaran yeri reallıqlar, geosiyasi vəziyyət, Azərbaycanla Ermənistanın münasibətlərinin normallaşdırılması istiqamətində irəli sürülən təşəbbüslərlə bağlı xarici ekspertləri maraqlandıran suallara ətraflı cavab verdi”.

Aprelin 28-də Şuşada işinə başlayan və Bakıda davam edən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın ideyası hələ  ötən il aprelin 13-də Prezident İlham Əliyevin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda irəli sürülmüşdü.  Həmin konfransda iştirakçılar Qarabağda beynəlxalq konfransın keçirilməsini təklif etmiş və dövlətimizin başçısı isə  bu təklifi müsbət qiymətləndirmişdi. Şuşanın BMT və digər nüfuzlu təşkilatların tədbirlərinin əsas ünvanına, bölgənin diplomatik paytaxtına çevrilməsi bu qədim Azərbaycan şəhərinin saxta məlumatlar əsasında uzun illər erməni şəhəri kimi tanıtdırılması məqsədilə aparılan çirkin kampaniyaların da iflası deməkdir. Bu mühüm platforma xarici ekspertlərə postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanlarının nəzərdən keçirilməsi, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın formalaşdırdığı sülh gündəliyinin müzakirəsi baxımından əlverişli imkan yaradır.

Beynəlxalq konfransda cənab Prezident bir daha Azərbaycan xalqının  sülh və əmin-amanlıq şəraitində yaşamaq istədiyini və artıq sülh sazişinin imzalanmasının vaxtının çatdığını bəyan edib. Dövlətimizin başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik. “Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, - deyən Prezident İlham Əliyev sülhün və əməkdaşlığın erməni tərəfi üçün də faydalı olduğunu diqqətə çatdırıb.

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və hamı bu reallıqla hesablaşmalıdır. Biz görürük ki, beynəlxalq birlik artıq bu reallıqlarla barışmaqdadır. Bu gün BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB bu reallıqları tamamilə qəbul ediblər. Prezident İlham Əliyev ATƏT-in Minsk qrupu haqqında da fikirlərini bölüşüb. Dövlətimizin başçısı deyib ki, BMT Təhlükəsizlik Şurasınin dörd qətnaməsində erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunurdu. Amma 27 ildə onların heç biri icra edilmədi, biz özümüz həmin qətnamələri onları icra etdik. Həmin qətnamələri qəbul edənlərdən  BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü həm də ATƏT-in Minsk qrupunun həmsədrləri idilər. Amma onların nə üçün özlərinin qəbul etdikləri qətnamələri icra etməməsinin səbəbi çox aydındır. Dövlət başçısının dediyi kimi, işğalla bağlı vəziyyət Ermənistan üçün də, Minsk qrupunun həmsədrləri üçün də məqbul idi. Amma Azərbaycan bu vəziyyətlə barışa bilməzdi və barışmadı da. Artıq ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur, həmsədrlər bundan sonrakı proseslərdə iştirak etmir. Azərbaycan xalqını Minsk qrupu həmsədrlərinin fəaliyyəti qane etməyib. Dağlıq Qarabağ münaqişəsi həll olunduğu üçün onlara heç bir ehtiyac yoxdur. Bütövlükdə, Azərbaycan beynəlxalq müstəvidə mövqeləri getdikcə möhkəmləndirir. Bu amil ölkəmizin regionda yaratdığı reallıqların ardıcıl olaraq həyata keçəcəyini deməyə əsas verir. Prezident İlham Əliyevin liderliyi ilə dövlətimiz regionda və beynəlxalq müstəvidə mövqelərini bundan sonra daha da gücləndirəcək”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO