kanal1

Fərrux Haqverdiyev: Nüfuzlu siyasətçi, tanınmış diplomat və qalib sərkərdə

Tarix:24-12-2021, 10:37
Baxış Sayı:268 888

Fərrux Haqverdiyev: Nüfuzlu siyasətçi, tanınmış diplomat və qalib sərkərdə



 Xızının Suvarma Sistemləri İdarəsinin rəisi, YAP Xız rayon təşkilatının sədri Fərrux Haqverdiyev - Dünyanın nüfuzlu siyasətçilərindən və dövlət xadimlərindən biri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyəti, Prezident kimi fəaliyyəti haqqında dünyanın bir çox nüfuzlu siyasi xadimləri müsbət fikirlər səsləndirmişlər. Bu fikirlərin arasında ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabr ayında xalqa müraciətində səsləndirdiyi “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir” fikri xüsusi çəkiyə malikdir.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin sözlərinin həqiqətən fundamental əsaslara söykəndiyini təsdiq etdi. Böyük siyasi xadim Heydər Əliyev bu fikirləri ilə təkcə İlham Əliyevin keyfiyyətlərini sadalamırdı, həm də canı qədər sevdiyi Azərbaycanı ən etibarlı bir şəxsiyyətə həvalə etdiyini bəyan edirdi. Zaman keçdikcə Ulu Öndərin bütün dedikləri Prezident İlham Əliyevin fəaliyyətində öz təsdiqini tapdı. Hətta bu fikirlərə bir söz də əlavə olundu - qalib Sərkərdə!

Dünyanın ən nüfuzlu siyasi dairələrinə Prezident İlham Əliyevin siyasətçi, iqtisadçı, diplomat və bir sözlə, liderlik keyfiyyətləri çoxdan məlumdur. Son bir ildə isə dünya dövlətimizin başçısının daha çox Ali Baş Komandan keyfiyyətlərini müzakirə edir və bunu öz nəşrlərində müxtəlif formada qısqanclıqla qeyd etməyə məcbur olur.

Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. O, təkcə 2020-ci ilin qəhrəmanı deyil. Bu dahi şəxsiyyət Azərbaycan tarixinin son 200 ilinin qəhrəmanıdır. Ümid edirəm ki, yüz illər sonra da Azərbaycan, əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən siyasi kursla davam edəcəkdir.

Bir qayda olaraq, əksər ölkələrdə hakimiyyət başına gələn şəxslər xalqa vədlər verirlər. Onlara hakimiyyətləri dövründə bu vədlərin heç yarı faizini reallaşdırmaq müyəssər olmur. Tam əminliklə demək olar ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrində sürətli inkişafa nail olunub, insanların rifah halı yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası da 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsi dərin köklərə əsaslanır. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bu gün tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün fəaliyyəti Qarabağın azadlığına hesablanmışdı. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına daha da yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyi sayəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Növbəti mərhələ isə Qarabağın bərpası və Böyük Qayıdış strategiyasından ibarətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin dövlətin və xalqın gücü ilə yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcəkdir.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO