kanal1

Çinarlı” hoteldə hansı biabırçılıqlara qol qoyulur?

Tarix:28-12-2021, 09:28
Baxış Sayı:446 282
















Görəsən Mədəniyyət nazirliyinin tabeçiliyində olan hoteldə, qadınların cinsi istismarına şəraitin yaradılması utanc deyilmi?

Hər kəsə bəllidir ki, Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsi ərazisində yerləşən “Çinarlı” hoteldə qol qoyulan biabırçılıqlar haqda, bugünədək əksər mətbu qurumlarda çox yazılıb, çox da danışılıb. Onu da unutmaq olmaz ki, nəzər-diqqətin daha çox bu ünvana yönəldilməsinin bir çox səbəbləri var. Əvvəla onu qeyd edək ki, “Çinarlı” hotel mərkəzi ərazidən bir qədər kənarda, daha dəqiq desək səssiz-küysüz bir ünvanda yerləşir. Elə bu səbəbdən də, mərkəzi ərazilərə nisbətən havasının təmizliyi, ümumi görkəminin cəlbediciliyi ilə diqqəti cəlb edən hotelə, gündəlik çoxsaylı müştərilər üz tuturlar.

Əvvəla onu bildirək ki, “Çinarlı” hotelin adında xüsusi bir məna var. O halda sual oluna bilər ki, bir çox göstəriciləri ilə əksər ünvanlardan fərqlənən bu hoteldə nələr baş verir ki, hər kəs bu ünvan haqda həm haqlı iradını, həm də qol qoyulan həngamələrə giley-güzarını bildirir. Elə bu səbəbdən də, hələ bir müddət bundan əvvəl məcbur olduq ki, “Çinarlı” hotelin fəaliyyəti haqda bir qədər araşdırmalar aparaq və sadalanan iradların, giley-güzarların səbəblərini müəyyən edə bilək. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, bu hotel Mədəniyyət nazirliyinin balansında olan ictimai-iaşə obyekti adı altında fəaliyyət göstərir. Belə bir tabeçilik prinsipinin varlığıonu müəyyən edir ki, nazirliyin xətti ilə həmin ünvana üz tutanlar “Çinarlı” hoteldə normal istirahət etməlidir. Görəsən bu ünvanda tələb olunan ehtiyaclar bu yöndə ödənilirmi və nazirliyin adına xələl gətiriləcək addımlar da atılırmı?

İlk olaraq müşahidələriiz və gördüklərimiz bizi dəhşətə gətirdi. Çünki, bu ictimai-iaşə obyekti Mədəniyyət nazirliyinin balansında olsa da, illərdir ki, ən böyük əxlaqsızlıq yuvalarından biri olaraq fəaliyyət göstərməkdədir. Apardığımız araşdırmalar zamanı o da məlum oldu ki, fəaliyyətinin əsas vaxtı axşam saatlarına təsadüf etdiyindən, həmin ünvanda axşamüstü müştərilər daha çox olur. Hotelin giriş qapısında sərasər dayanan gözətçi isə, ilk əvvəl hotelin həyətinə daxil olan avtomobilləri yerbəyer edir və cütlüklərə yol göstərir. Çox keçmir ki, həmin ünvana təşrif buyuran “qonaqlar”a müxtəlif qiymət həddində olan otaqlar təklif olunur. Seçim etmək ixtiyarı isə,  müştərilərin öhdəsinə buraxılır. Yəni, bu hoteldə hər otağa görə müəyyən olunmuş qiymət həddi var.

    Əldə etdiyimiz digər məlumatlara görə, bu gün hoteldə idarəçiliyi Zahid adlı şəxs həyata keçirir. Onun bu kimi işlərdə kifayət qədər təcrübəsi olduğundan, “Çinarlı” hotelin həqiqi sahibi heç zaman üzə çıxmır və idarəçiliyi ona həvalə edir. Sağ olsun Zahid “bəy”i, o da bugünədək əldə etdiyi iş təcrübəsini bu yöndə səfərbər edir və hər otaqda qadınların cinsi istismara məruz qalmaları üçün lazımi şərait də yaradır. Yəni, həmin ünvana üz tutan cütlüklərdən nigahda olub-olmamaları haqda heç bir söz soruşulmur, göstərilən xidmətin müqabilində bir kimsəyə ödəniş qəbzi verilmir. Cütlüklərin istifadə etdikləri əşyaların, hansısa virusun daşıyıcısı olub-olmaması, çox zaman əksəriyyətdə müəyyən şübhələrin əmələ gəlməsinə də səbəb olur.

    Düşündürcü hal odur ki, Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevin rəhbərlik etdiyi nazirliyə tabe olan bu obyekt, bu gün ən böyük əxlaqsızlıq yuvası olaraq fəaliyyət göstərir. Minbir xəstəliyin daşıyıcısı olan “Çinarlı” hotelin bu yöndə fəaliyyəti, sözün həqiqi mənasında biabırçılıqdır, olduqca utanc hissi yaradan haldır.

   Təəccüb və təəssüf hissi doğuran hal odur ki, bu gün mədəniyyətimizi təbliğ edən və inkişaf etdirən bir nazirliyin adını, belə bir əxlaqsızlıq əməlləri ilə bağlamaq nə deməkdir? Qadınların, azyaşlı qızların cinsi istismarına şərait yaradılan bir ünvanda hansı mədəniyyətdən, hansı əxlaqdan, hansı namusdan, hansı qeyrətdən danışmaq olar? Ona görə də biz o halın varlığına inanırıq ki, “Çinarlı” hoteldə baş alıb gedən həngamələrə, hər cür çirkinliklərə və s. hüquq-mühafizə orqanı əməkdaşları hansısa maraqları çərçivəsində göz yumsalar da, vicdanı və əxlaqı təmiz olan cənab Əbülfəs Qarayev, məhz baş verənlərə heç bir halda göz yummayacaq.

    Bu yöndə araşdırmamız davam edəcək

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO