kanal1

Fəqan Azadəliyev: Düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq

Tarix:21-09-2022, 12:47
Baxış Sayı:18 160

Fəqan Azadəliyev: Düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq


Sumqayıt Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev - 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistana tarixdə heç zaman unuda bilməyəcəyi dərs verildi. “Dəmir yumruq” əməliyyatı dünyaya səs saldı. Azərbaycanın müharibə təcrübəsi təqdir edilir, öyrənilməsi üçün dərsliklərə salınmasının vacibliyi beynəlxalq ekspertlər tərəfindən xüsusi vurğulanır. 44 gündə 30 ilin işğalına son qoymaq, ədaləti, beynəlxalq hüququ bərpa etmək,  ən əsası dünya güclərinin edə bilmədiklərini edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etmək Azərbaycan Ordusunun böyük imkanlara malik olduğunu nümayiş etdirdi. Tarixi Zəfərimizdən sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin elə bir çıxışı yoxdur ki, bu bəyanat səsləndirilməsin: Ermənistanda revanşist qüvvələr baş qaldırarsa, “Dəmir yumruğ”u unutmasınlar.
Son iki ilə yaxın dövrün reallıqları göstərir ki, Ermənistan məğlubiyyəti ilə barışmır, Azərbaycanın irəli sürdüyü sülh müqaviləsinin imzalanması prosesini uzatmaq üçün təxribatlar törədir, atəşkəsi mütəmadi pozur. 30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymayan, ədalət və beynəlxalq hüquq deyilən anlayışların mövcudluğunu qəbul etməyən təcavüzkar Ermənistan hazırkı postmünaqişə mərhələsində də 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəliklərə əməl etmək istəmir. Sentyabrın 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi genişmiqyaslı təxribat da bunun təsdiqidir. Baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan  avqustun 31-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyevlə keçirilən üçtərəfli görüşdə sülh müqaviləsinin imzalanması üçün iki ölkənin xarici işlər nazirlərinin danışıqlara başlamasının vacibliyini təsdiqləmişdi. Brüssel görüşündən sonra Ermənistanın atdığı addım onun müharibə planının açıqlanmasında yardımçı oldu. Bu görüşdən sonra Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 8-də Vladivostokun erməni icmasının nümayəndələri ilə görüşdə baş verəcək təxribatı anons etmişdi.
Dövlət başçısı İlham Əliyevin sentyabrın 16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında da əsas diqqət göstərdiyi məsələlərdən biri Ermənistan silahlı qüvvələrinin təxribat törətmələri oldu. Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini bir daha Sammit iştirakçılarının diqqətinə çatdıran Prezident İlham Əliyev bildirdi ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Lakin təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdi. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Düşmənin istənilən təxribatının qarşısı qətiyyətlə alınır və alınacaq. 
Belə təxribatların baş verməməsi, hər iki tərəfdən itkilərin olmaması üçün sülh müqaviləsinin imzalanması vacibdir. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində ölkəmiz üzərinə düşən öhdəlikləri yerinə yetirir.  Dövlət başçısı İlham Əliyevin Səmərqənddə keçirdiyi görüşlərdə, xüsusilə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatı imzalayan Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə Ermənistan silahlı qüvvələrinin  sərhəddə törətdiyi təxribat əsas müzakirə mövzusu oldu. Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsinin hər kəsi çox narahat etdiyini söyləyən Vladimir Putin bildirdi ki, əlaqələndirilmiş səylər sayəsində hər halda eskalasiyanı dayandırmaq mümkün olub, lakin vəziyyət gərgin olaraq qalır.
Dövlət başçısı İlham Əliyev vurğuladı ki, döyüş toqquşmaları 8 saatdan az davam edib və dayandırılıb. Artıq atəşkəs rejiminə riayət olunur: "Lakin əsas budur ki, vəziyyəti sabitləşdirmək, onu dinc şəraitə keçirmək mümkün olub. İndi əsas məsələ münasibətlərin başlanmaqda olan normallaşması prosesini pozmamaq, bu istiqamətdə irəliləməkdir. Biz Rusiyanın bu istiqamətdə, o cümlədən Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində nəqliyyat kommunikasiyalarına dair üçtərəfli komissiya çərçivəsində, delimitasiya prosesi çərçivəsində səylərini, habelə sülh sazişinə dair danışıqlara başlamaq planlarını alqışlayırıq". 
Azərbaycan atdığı hər addımında, səsləndirdiyi bəyanatlarda İkinci Qarabağ müharibəsindən sonra imzalanmış üçtərəfli sənədlərə sadiqliyini  və Qafqazda vəziyyətin sabit olması üçün nə lazımdırsa edəcəyini nümayiş etdirir.

Putin Paşinyanı tutub saxlaya biləcəkmi? - İrəvan YÖN DƏYİŞDİRİR
Putin Paşinyanı tutub saxlaya biləcəkmi? - İrəvan YÖN DƏYİŞDİRİR
İlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşada yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar - FOTO
Prezident və xanımı Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar - FOTO
Prezident və xanımı Şuşada inşa olunan obyektlərdə işlərin gedişi ilə tanış olublar - FOTO
Nikolun ikibaşlı bəyanatı və erməni cəmiyyətinə mesaj: ya razılaşma, ya müharibə - NƏ BAŞ VERİR?
Nikolun ikibaşlı bəyanatı və erməni cəmiyyətinə mesaj: ya razılaşma, ya müharibə - NƏ BAŞ VERİR?
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
“Zəngəzur və Qazax tərəfdən kəndlərin çoxu bizə keçməlidir” - Paşinyanın xəritə oyunu...
Paytaxtda qətl: 36 yaşlı kişi tanışını qətlə yetirib
Paytaxtda qətl: 36 yaşlı kişi tanışını qətlə yetirib
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Azərbaycanda bu avtomobillər ucuz qiymətə satılır - SİYAHI
Azərbaycanda bu avtomobillər ucuz qiymətə satılır - SİYAHI