kanal1

Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim heyəti ADAU-da səfərdədir

Tarix:8-12-2021, 12:27
Baxış Sayı:170 178

Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim heyəti ADAU-da səfərdədir


Azərbaycan Dövlət Aqrar Universiteti professor-müəllim heyəti rektor, professor İbrahim Cəfərov rəhbərliyi ilə son dövrdə bu ali təhsil ocağında gedən quruculuq işlərini - müəssisənin demokratik prinsiplərə müvafiq idarə olunması, təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi, tədris prosesində şəffaflığın təmin olunmasını ürəkdən alqışlayır.

Göründüyü kimi ADAU-da inkişaf və fərqlilik göz qabağındadır. Daha yüksək nailiyyətlərə imza atmaq üçün rəhbərlik və pedaqoji heyət yorulmadan uğurlarının sayını daha da artırmağa çalışır. Azərbaycan Dövlət Aqrar Universiteti illərlə qazandığı şərəfli şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti aqrar sektorun, aqrar təhsilin və elmin inkişafında müəyyən işlər görüb və bu iş indi də davam edir.

Son dövrdə universitetin inkişafı məqsədilə dövlət tərəfindən ayrılan maliyyə vəsaiti hesabına genişmiqyaslı işlər həyata keçirilib.

Bu gün tələbələrin müasir standartlara uyğun bilik əldə etməsi məqsədilə universitetdə tam şərait yaradılıb ki, bu da təhsil müəssisəsinin üzərinə düşən vəzifələrin həllinə doğru atılan addımları daha da sürətləndirir. Məqsəd mütəxəssis hazırlığının keyfiyyətini daha da yaxşılaşdırmaq üçün tədris prosesini təkmilləşdirmək, innovasiyalı təhsilə keçməklə universitetin reytinqini yüksəltməkdir. Bütün bunların təmin edilməsində zəngin maddi-texniki baza, zəruri tədris avadanlıqları ilə təminat, pedaqoji heyətin peşəkarlığı və tələbələrin fəal təhsilə cəlb edilməsi böyük əhəmiyyət kəsb edir.

Universitetin hazırkı zəngin maddi-texniki bazası ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin çoxundan fərqlidir. Son illərdə tədris korpuslarının müasir standartlara uyğun təmiri, yeni tədris laboratoriyalarının quraşdırılması, yüksək zövqlə inşa edilib istifadəyə verilən 520 yerlik tələbə yataqxanası-“Tələbə evi” bütün sadalananlara tam cavab verir.


***

Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universitetinin bir qrup professor-müəllim və tələbə heyəti Rusiya Milli Elmlər Akademiyasının həqiqi üzvü, baytarlıq elmləri doktoru, akademik Anatoliy Stekolnikovun rəhbərliyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər ediblər.

Səfərin məqsədi qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, birgə tədqiqat layihələrinin, tədris proqramlarının hazırlanması, tələbə-müəllim mübadiləsi, kadr hazırlığı və digər məsələlərdir.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov qonaqlarla görüşdə ADAU-nun Tələbə Evləri, yeni tədris korpusu, laboratoriyaları, Tədris-təcrübə təsərrüfatı, Heyvandarlıq kompleksi, Baytarlıq klinikası, Açıq və Qapalı balıqyetişdirmə laboratoriyası, Quşçuluq tədris mərkəzi, Süni mayalanma tədris mərkəzi, stimullaşdırma proqramları barədə məlumat verərək bildirib ki, ADAU-da keyfiyyətli aqrar təhsil almaq üçün bütün imkanlar yaradılıb.

Anatoliy Stekolnikov Aqrar Universitetdə olmaqdan məmnunluğunu ifadə edərək qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını bildirib.

Bir neçə gün davam edəcək səfər çərçivəsində qonaqlar ali təhsil müəssisəsinin maddi-texniki bazası ilə yaxından tanış olacaq, tələbələr üçün seminarlar təşkil edəcəklər. Həmçinin, səfər çərçivəsində Sankt-Peterburq Dövlət Baytarlıq Təbabəti Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında olan qarşılıqlı əməkdaşlıq memorandumunun yenilənməsi də nəzərdə tutulub.


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO