kanal1

Fərhad Həsənov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır

Tarix:10-10-2022, 10:34
Baxış Sayı:210 202



Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Fərhad Həsənovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı. 

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Fərhad Həsənov “Neyrocərrahiyyə”ni gestapoya çevirib" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Fərhad Həsənov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının direktoru Fərhad Həsənov - Hər bir beynəlxalq əhəmiyyətli tədbir əhatə etdiyi mövzu ilə yanaşı həm də, günün reallıqlarını özündə əks etdirir. Azərbaycanın  yeni yaratdığı milli platformanın - Azərbaycan Milli Şəhərsalma Forumunun  əhəmiyyəti, məqsəd və məramı, eyni zamanda keçirildiyi məkan da bu baxımdan diqqət mərkəzində oldu. Dövlət başçısı İlham Əliyev Ağdamda 44 ölkədən 130 nümayəndəni, ümumilikdə 400 nəfərdən çox iştirakçını bir araya gətirən milli platformadan Ermənistana və ona dəstək olan bəzi dövlətlərə mesajlarını çatdırdı.  30 illik işğal dövrünün Ağdamı ilə bugünkü Ağdamı  müqayisə etməyin mümkünsüzlüyü bir daha əsaslı şəkildə  iştirakçılara, onların vasitəsilə təmsil etdikləri ölkələrin ictimaiyyətinə çatdırıldı.
İşğaldan azad edilmiş ərazilərə gələn hər bir kəs Ermənistanın işğalı və təcavüzünün nəticələri ilə qarşılaşır. İkinci Qarabağ müharibəsi başa çatandan bugünədək  minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gələrək bunu öz gözləri ilə əyani şəkildə görürlər. Erməni barbarlığı və vandalizminin miqyası o qədər böyükdür ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə  gələn  insanlar özlərini mənəvi cəhətdən tamamilə tükənmiş hiss edirlər. Ərazilər işğaldan azad edildikdən sonra buraya gələn xarici ekspertlər, jurnalistlər hətta Ağdamı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırdılar.
Gördükləri mənzərənin fonunda verilən bu adlar özündə erməni vəhşiliklərini, vandalizmini  ehtiva edir. 30 ildə daşı daş üstə qoymayan ermənilər bütün bu torpaqları tamamilə dağıdıb, tarixi və dini abidələri yerlə-yeksan ediblər.  Bu gün “ruhlar şəhəri” həyatının tamamilə fərqli,  yeni bir mərhələsini yaşayır. Ağdamın Baş planı təqdim olunub. Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq bütün işlər sistemli şəkildə həyata keçirilir. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ağdam “ağıllı şəhər” layihəsi çərçivəsində ilk bərpa olunan şəhər olacaq.
Dövlət başçısı İlham Əliyev tədbir iştirakçılarına görülən işlər barədə geniş məlumat verərək bildirdi ki,  işğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurd - yuvalarına tezliklə qayıtması üçün bütün potensialımızı səfərbər edirik. İrimiqyaslı infrastruktur layihələr icra olunur. Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilib.  Bu ay Zəngilan Beynəlxalq Hava Limanı istifadəyə veriləcək.  2025-ci ildə isə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Bərdə-Ağdam dəmir yolu gələn il istifadəyə veriləcək.
Dövlət başçısı İlham Əliyevin oktyabrın 4-də Ağdam rayonuna səfəri zamanı  yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu. Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etdilər. Dövlət başçısı  və birinci xanım    Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etdilər.
Qeyd etdiklərimiz cənab  İlham Əliyevin Ağdam rayonuna bir səfəri çərçivəsində atılan addımların xronologiyasıdır. Bir rayonun timsalında bütün işğaldan azad edilmiş ərazilərimizdə erməni vəhşiliklərinin mənzərəsini təqdim etdiyimiz  kimi, hazırkı dövrdə görülən bərpa-quruculuq işlərinin  miqyasının da ümumi təqdimatını edə bilərik.
Dövlət başçısı Forumdakı çıxışında bu statistikanı da açıqladı ki,  təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq: “Bu, bizim gördüyümüz işlərin yalnız bir hissəsidir. Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlayacağıq.”
Qısa zamanda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan xalqının necə qurucu xalq olduğunu nümayiş etdirir.  Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünü yaşayırıq. Artıq Böyük Qayıdış proqramı da uğurla icra edilir.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO