kanal1

Ağstafada Ulu Öndər Heydər Əliyevin 100 ilk yubileyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycanda intibah dövrü" mövzusunda tədbir keçirilib

Tarix:1-05-2023, 07:00
Baxış Sayı:608 814



2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Ağstafa Aqrar-sənaye Kompleksində "Heydər Əliyev və Azərbaycanda intibah dövrü" mövzusunda tədbir keçirilib. Öncə Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub önünə gül dəstələri qoyulub. Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Azərbaycan Dövlət Aqrar Universitetinin siyasi elmlər üzrə fəlsəfə doktoru Ceyhun Hüseynov , ADA Universitetinin Qazax Mərkəzinin baş məsləhətçisi Yeganə Göyüşlü çıxış edərək  bildiriblər ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyev  istər sovet hakimiyyəti dönəmində fəaliyyət göstərdiyi bütün sahələrdə, istərsə də müstəqillik dövründə daim öz xalqına ləyaqətlə xidmət etmiş, daxili sabitlik, qanunçuluq, sosial ədalət, milli həmrəylik təmin olunmuşdur. Eyni zamanda dövlət idarəçiliyinin, yeni iqtisadi, siyasi və sosial münasibətlərin, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin əsasları formalaşdırılmış, bütün sahələr üzrə ölkənin inkişaf strategiyası hazırlanmış və həyata keçirilmişdir.
Çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyev haqqında tədbir iştirakçıları ilə xatirələrini bölüşüb, dahi siyasətçi, görkəmli dövlət xadiminin şərəfli ömür yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açıblar.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini özündə əks etdirən video filim tədbir iştirakçıları tərəfindən maraqla izlənilib.


Ağstafa RİH başçısı Seymur Orucov - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüş, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət kimi əbədi olaraq yaddaşlara həkk olunmuşdur.

Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirib, müstəqilliyimizi daimi və dönməz etmişdir.

Ulu Öndər Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmiş, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış etmişdir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi  azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Həqiqətən də azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirdi, bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçərək bizim bir millət olaraq formalaşmağımızda mühüm rol oynadı.

Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir. 

Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur. Ona görə də Heydər Əliyev irsini daim  öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliğinə, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsinə xüsusi töhfələr verəcək, dahi şəxsiyyətin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğ edilməsi aktual olacaq.











Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO