kanal1

İrəvana “YUNESKO” zərbəsi, “Batka”dan əzici sözlər... - Ermənistanda şok

Tarix:9-02-2022, 09:40
Baxış Sayı:138 470

İrəvana “YUNESKO” zərbəsi, “Batka”dan əzici sözlər... - Ermənistanda şok


Məğlub tərəfin ən “zəif yerləri”ndən basılır - Bakının növbəti diplomatik uğuru; kapitulyant ölkə bölgənin 2-ci, 3-cü sort dövləti kimi qalacaq, çünki...
Azərbaycanla Türkiyə arasında hərbi sferada əməkdaşlıq uğurla davam edir. Əməkdaşlığın və qardaşlığın növbəti təzahürü kimi Azərbaycanda “Bayraktar TB2" PUA-larının istehsalı qurula bilər. Bunu Bakıda ”Bayraktar" texniki şirkətinin rəhbəri Səlcuq Bayraktar deyib.

Ümumiyyətlə, iki ölkə arasında əlaqələr dünyada analoqu olmayan, unikal bir formatda və keyfiyyətdə həyata keçirilməkdədir. O sırada Azərbaycan Ordusunun NATO ölkəsi Türkiyənin Silahlı Qüvvələrinin modeli əsasında formalaşması prosesi də kifayət qədər uğurla gedir ki, bu da ən çox düşmənlərimizə göz dağı verməkdədir.

Heç şübhəsiz, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın may ayına Azərbaycana nəzərdə tutulan növbəti səfəri bu xüsusda bir daha “saat əqrəblərinin tutuşdurulması”, sarsılmaz birliyimizin təntənəsi ilə yanaşı, yeni hədəflərin müəyyən edilməsi və düşmən mərkəzlərə sərt mesajlarla yadda qalacaq. O mərkəzlər ki, 44 günlük Vətən savaşından sonra “tarixin təkəri”ni geri döndərməyə çalışan məğlub Ermənistandan yenə də maşa kimi iki qardaş ölkəyə qarşı yararlanmağa səy edirlər.

*****

Ancaq aydındır ki, Azərbaycan-Türkiyə geosiyasi və hərbi tandemi bütün istiqamətlərdə gücləndikcə İrəvanın arxasındakı güclər reallıqla daha tez barışmalı olacaq. Bu proses gedir və ilbəil də dərinləşir. Başqa sözlə, regionla bağlı Bakı və Ankaranın müəyyən elədiyi gündəlik sağdan-soldan yaradılan əngəllərə rəğmən, masa üzərində qalmaqda və getdikcə daha böyük sanbal qazanmaqdadır.

Əliyev, Makron, Mişel və Paşinyanın iştirakı ilə görüş keçirilib | marja.az

Avropa İttifaqının dönəm sədri olan Fransanın prezidenti Emmanuel Makronun təşəbbüsü ilə bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşlə bağlı yayılan bəyanat buna şübhə saxlamadı. Bəllidir ki, həmin sənəddə nə “Dağlıq Qarabağ” və ya Qarabağ, nə də “Minsk Qrupu” ifadələri yer alıb ki, bu da məhz Bakının iradəsinin, bölgədəki yeni geosiyasi gerçəyin Aİ tərəfindən ciddiyə alınmasının sübutudur.

Macron-Putin görüşmesindeki 'sosyal mesafe' Fransa'da gündem oldu

Doğrudur, Makronun srağagünkü Rusiya səfəri zamanı Vladimir Putinlə 5 saatlıq görüşündə atüstü “Qarabağ məsələsi”nə də toxunulub. Lakin bu, növbətçi müzakirələr çərçivəsində aparılan bir söhbət idi. Üstəlik, açıqlamada heç bir “status”dan danışılmır. Rəsmi məlumata görə, prezidentlər əsasən “ATƏT-in Minsk Qrupu həmsədrlərinin regionda mövcud humanitar və sosial-iqtisadi problemlərin həllində əhəmiyyətini” bir daha vurğulayıblar.

Yəni sırf humanitar xarakterli gözləntilər. Necə ki, Makronun Moskva səfərindən bir neçə gün qabaq videoformatda baş tutmuş görüşdəki anlaşmaya əsasən, Bakı erməni diversantlardan növbəti 8 nəfəri humanitar jest olaraq, İrəvana təhvil vermişdi. Nəyin qarşılığında? Bu da məlumdur. Şəksiz ki, onlar Ermənistana Fransa təyyarəsində aparılsa da, rəsmi Parisin “qədim millət”ə yaxşılığı bu kimi humanitar aksiyalardan uzağa gedə bilməyəcək.    

*****

Bundan qat-qat önəmlisi videformatda keçirilən görüşün nəticələrindən digər birisi - BMT-nin qurumu olan YUNESKO-nun Azərbaycan və Ermənistana nümayəndə heyətləri göndərməsi haqda tərəflərin anlaşmasıdır. Beləcə, uzun fasilədən sonra təşkilat Qarabağla yanaşı, “Ermənistan” adlanan qədim Türk yurdunda da bizim məhv edilmiş dini-mədəni abidələrimizin taleyi, durumu ilə maraqlanmalı olacaq. Eyni zamanda Qarabağdakı yalançı “erməni mədəni-tarixi-dini irsi”nə hər hansı zərər vurulmadığını üzə çıxaracaq.

Ermənilərin ən zəif yerləri də elə budur - total yalanlar, tarixin saxtalaşdırılması. Bu səbəbdən YUNESKO ilə bağlı qərar qonşu ölkədə az qala, şok effekt, təlaş yaradıb. Halbuki bu qərara qədər həyasızcasına hay-küy qaldırırdılar ki, guya Azərbaycan Qarabağda olmayan “erməni tarixi-mədəni irsi”ni yerlə-yeksan eləməklə məşğuldur.

Gerçəkdə isə ermənilər həmişə öz saxtakarlıqlarının faş edilməsindən od sudan qorxan kimi qorxublar. İndi də qorxurlar. Üstəlik, azad edilən ərazilərimizdə erməni vandallarının tarixi-mədəni irsimizə qarşı törətdiklərini YUNESKO əməkdaşları görməzlikdən gələ bilməyəcəklər. Demək, Ermənistana qarşı ağır məhkəmə iddiaları üçün yeni və daha güclü hüquqi əsaslar qazanmış olacağıq...

*****

Avropa İttifaqı ilə Azərbaycan arasındakı danışıqlara nə mane olur? - BBC  News Azərbaycanca

Son gəlişmələr, xüsusilə də 2-ci Qarabağ savaşından sonra Avropa İttifaqının Azərbaycana münasibətinin ilk dəfə kardinal şəkildə və pozitivə dəyişməsi, o sırada ölkəmizə 2 milyard avro məbləğində maliyyə yardımı ayırması, gözlənildiyi kimi, qonşu ölkədə panik ovqat yaradıb. Baş verənlər kapitulyant ölkənin öz əsassız ambisiyaları ilə tək-tənha qaldığını təsdiqləməklə birgə, ondan xəbər verir ki, Ermənistan hazırkı davranışı ilə daima bölgənin 2-ci, 3-cü sort dövləti kimi qalacaq.

Bu da isti nümunə. Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko bugünlərdə verdiyi müsahibədə Rusiyanın rəhbərliyi altında qurulacaq birliyə kimlərin daxil olacağı ilə bağlı suala cavab olaraq belə bir cümlə işlədib: “Ermənistanın məgər başqa yolu var? Onlar kimə lazımdırlar ki? Özləri də buna şahid oldular”.

Bu sözlərə Ermənistandan reaksiya gecikməyib. Parlamentin “Ermənistan” blokunun deputatı, daşnak Armen Rüstəmyan deyib ki, Lukaşenkonun sözləri diplomatiyada nonsensdir, lakin Ermənistan bunun səbəblərini özündə axtarmalıdır.

“Təbii ki, belə bəyanatlar verilməməlidir. Bu, beynəlxalq diplomatik praktikada nonsens, qalmaqallı epizodlardan biridir. Ancaq səbəbləri özümüzdə axtarmalıyıq. Biz özümüz icazə veririk ki, bizim haqqımızda belə danışsınlar. Və bunu təkcə Lukaşenko etmir”, - deyə Rüstəmyan əlavə edib.

Sözsüz ki, Ermənistana, ermənilərə qarşı belə aşağılayıcı münasibət nümunələri hələ çox olacaq. Ta ki, bu millət özünə hörmət eləməyi öyrənənə, yalanlar və miflərlə yaşamağa son verənə kimi...

Mənbə: “Yeni Müsavat”

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO