
Goranboy rayon İcra Hakimiyyətində Aparat iclası keçirildi

Goranboy rayon İcra Hakimiyyətində, İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı silsilə ümumrayon tədbirlərinin davam etdirilməsi, mövcud qanunvericiliyin tələblərinə uyğun vətəndaş müraciətlərinə baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı məqsədi ilə RİH yanında yaradılmış mobil qrupların fəaliyyəti, ərazilərdə aparılan tikinti işlərinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə monitorinqlərin davam etdirilməsi və şöbələr üzrə verilmiş aidiyyəti tapşırıqların icrası vəziyyəti barədə Aparat iclası keçirildi. Qeyd olunan məsələlərlə bağlı, müzakirələr aparıldı, müvafiq tapşırıq və tövsiyyələr verildi.

Goranboyda şəhid ailəsi evində ziyarət edildi

Goranboyda, “Heydər Əliyev İli” çərçivəsində şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının, aztəminatlı ailələrin və digər sosial qayğıya ehtiyacı olan şəxslərin problemlərinin öyrənilməsi və onlara zəruri hallarda maddi-mənəvi dəstəyin göstərilməsi məqsədi ilə rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları bir qrup ictimai fəalla birgə, Şəfəq kəndindən, şəhid Qurbanov Yusif Asif oğlunun ailəsini evində ziyarət etdilər, onların sosial qayğıları ilə maraqlandılar.




Goranboy rayonunun Tatarlı kəndində yolun əsas hissəsi asfaltlandı
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinin və Goranboy rayon İcra Hakmiyyətinin başçısının yerlərdə keçirilən vətəndaş qəbulları zamanı müraciətlər araşdırılmış və bir qrup Tatarlı kənd sakininləri, xüsusən də Şəhid, Milli Qəhrəman Ocaqverdiyev Sərxanın anası Gülzar Ocaqverdiyevanın kəndarası yolların asfaltlanması ilə bağlı müraciətlərinə əsasən kənd yolunun əsas hissəsinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mövcud imkanları daxilində 23 saylı Yol İstismarı idarəsi tərəfindən asfaltanması təmin edilmişdir. Bununla əlaqədar rayon İcra Hakmiyyətinin başçısı Məhərrəm Quliyev yolun istismara verilməsində iştirak etmişdir. Bir qrup kənd sakini yolun asfaltlanmasının kəndin sosial rifahının yaxşılaşmasına müsbət təsir göstərdiyini bildirmişdir