kanal1

Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi

Tarix:Bu gün, 14:42
Baxış Sayı:174

Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi


Respublika Perinatal Mərkəzində 7 körpənin ölümünə səbəb olan yanğınla bağlı məhkəmə araşdırması başa çatıb.


“Bu dəqiqələrdə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.


Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda nəticəyə gəlib ki, təqsirləndirilən şəxslərə verilmiş ittihamlar əsaslıdır, çoxsaylı dəlil-sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb.


Hökmə əsasən, Perinatal Mərkəzin rəhbəri olmuş Mehriban Abasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Bu günə kimi azadlıqda olan Abasquliyeva elə məhkəmə zalında həbs edilib.


***


Hamlet Mustafayev 5 il 8 ay, Elnur Əhmədli isə 5 il 2 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar da məhkəmə salonunda qandallanıblar.


Xatırladaq ki, Respublika Perinatal Mərkəzindəki yanğın 2024-cü ilin yanvarında baş verib. Hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində ibtidai istintaq aparılıb. Toplanmış sübutlar əsasında Mərkəzin direktoru M.Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə yekun ittiham verilib.Qafqazinfo

Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Atəş açılıb, PUA qaldırılıb, ölən var - DSX SƏRHƏDLƏ BAĞLI MƏLUMAT YAYDI
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Vaşinqtonun yeni Bakı strategiyası - sülhdən əvvəl investisiya
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Mehriban Abasquliyeva məhkəmə zalında - Həbs edildi
Sabah 32 dərəcə isti olacaq
Sabah 32 dərəcə isti olacaq
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Avtonom nəqliyyat vasitələri ilə bağlı tələblər və qaydalar müəyyənləşir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
Azərbaycanda yeni dövlət rüsumu müəyyən edilir
1008 nəfər boşandığı adamla yenidən evləndi
1008 nəfər boşandığı adamla yenidən evləndi
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir
Hesablama Palatasına yeni səlahiyyətlər verilir, hüquqları genişləndirilir