kanal1

Tovuzda yarım milyonluq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR

Tarix:20-12-2021, 09:22
Baxış Sayı:156 186

Tovuzda yarım milyonluq qızılı oğurlanan şəxs kimdir? - DETALLAR


Xəbər verdiyimiz kimi, Tovuz rayon Əyyublu kənd sakininə məxsus evdən 2 800 manat nağd pul və ümumi dəyəri 500 min manata yaxın olan qızıl-zinət əşyalarını oğurlanıb. Həmin şəxslər daha sonra  qızıl-zinət əşyalarını əridərək külçə halına salıblar və Bakıda satıblar. Hadisə ilə bağlı Əyyublu kənd sakinləri - Nemət Abbaso, Elşad Cəfərov, Zaur Əliyev, Asif Məmmədov, Anar Abbasov və Elvin Mirzəyev saxlanılıb. 

Qaynarinfo verdiyi məlumata görə, evində oğurluq olan şəxs 15 gün əvvəl dünyasını dəyişib. 

Rasim adlı şəxs uzun illər Rusiyada bizneslə məşğul olub. Səhhətində yaranan problemlərlə əlaqədar doğulub boya-başa çatdığı Tovuzun Əyyublu kəndinə qayıdıb. Mərhum doğma kəndində müalicəsini davam etdirirmiş. 

O, evinə gəldikdən sonra hadisə baş verib və 15 gün əvvəl dünyasını dəyişib. 

Qeyd edək ki, saxlanılan şəxslərdən bir neçəsi əldə etdikləri pula hətta avtomobil belə alıblar. Onlar maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Tovuz rayon Polis Şöbəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Rahib Fətullayev: “Restoran və mağazalar şəbəkəsinin müdiri əliqabarlı fəhlələrə çatası 7500 manat pulun “dalına keçib” - BİABIRÇILIQ”
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA