kanal1

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO

Tarix:10-08-2022, 11:11
Baxış Sayı:98 518

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO


İyul ayının 27-də saat 20:40-da Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından (İİR) Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki bağlamanı yerə ataraq havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçıblar.

Həmin ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada təxmini çəkisi 5025 qram narkotik vasitə “tiryək”ə bənzər maddə və 1 ədəd “PULSAR HELİON 2” markalı termal gecəgörmə cihazı aşkar olunaraq götürülmüşdür.

Avqust ayının 5-də saat 22:30-da Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, ərazi qapadılaraq sərhədboyu zolaq və nəzarətedici vasitələr yoxlanılaraq sərhəd axtarışına başlanılmışdır.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saat 23:00 radələrində Astara rayonu­nun Qapıçıməhəllə kəndi ərzisində“Mercedes-Benz” markalı 10 UD 091 dövlət nömrə nişanlı avtomobilin mühəndis texniki çəpərinin yaxınlığında dayanması, avtomobildəki şəxslərdən birinin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə edərək kolluqda gizlədilmış 1 ədəd bağlamanı götürməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan naməlum şəxs ərazidən bağlamanı götürüb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılmışdır.

Saxlanılan şəxsin əvvəllər məhkum olunmuş Ağdam rayon sakini 1968-ci il təvəllüdlü Mamedov İlqar Boran oğlu olduğu müəyyənləşdirilmiş, əlindəki bağlamaya baxış zamanı təxmini çəkisi 5780 qram psixotrop tərkibli “metamfetamin” həbləri və 695 qram “marixuana”ya bənzər narkotik maddə aşkar olunaraq götürülmüşdür. İlqar Mamedovun saxlanılmasını görən avtomobilin sürücüsü sərhəd naryadının qanuni tələblərinə tabesizlik göstərərək yüksək surətlə ərazidən uzaqlaşmışdır.

Hadisə yerindən qaçmış avtomobilin saxlanılması ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə məlumat verilmiş, nəticədə Masallı rayonu ərazisində DİN BDYP əməkdaşları tərəfindən avtomobilin sürücüsü saxlanılmışdır. Onun 1980-ci il təvəllüdlü əvvəllər narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə görə məhkum olunmuş Xocavənd rayon sakini Aslanov Anar Yavər oğlu olması müəyyənləşdirilmişdir.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO