kanal1

Sabirabadda körpü uçub, kəndlərlə əlaqə məhdudlaşıb - FOTO

Tarix:9-09-2022, 11:15
Baxış Sayı:79 904

Sabirabadda körpü uçub, kəndlərlə əlaqə məhdudlaşıb - FOTO


Sabirabadda kollektor (kənd təsərrüfatında qurutma şəbəkəsinin tənzimləyici hissəsindən suyu qəbul edib, qurudulan ərazidən kənar edən drenaj borusu və ya kanal – red) üzərindəki körpü qəzalı vəziyyətə düşüb, yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb.

 Report xəbər verir ki, rayonun Sarxanbəyli kəndi ərazisindəki ikinci Küryanı kollektorun üzərindəki körpü 1952-ci ildə inşa edilərək istifadəyə verilib. Üç aşırımlı, 9 dəmir-beton dayaqdan ibarət olan körpünün uzunluğu 30 metrə yaxın, eni isə 6 metrdir. Körpüdən o taylı - bu taylı 14 yaşayış məntəqəsinin əhalisi istifadə edir. Əhalinin əsas əkin sahəsi kollektorun cənub hissəsindədir.

Kollektorun üzərindəki körpü üç il bundan əvvəl yük maşınlarının intensiv hərəkəti nəticəsində qəzalı vəziyyətə düşüb. Bu ilin iyulunda isə onun orta hissəsi uçub, nəticədə böyük oyuq yaranıb.
Sakinlərin sözlərinə görə, körpü uçduqdan sonra yaşayış məntəqələri ilə əlaqə məhdudlaşıb. Körpünün belə vəziyyətdə olması əsasən əkinçiliklə məşğul olan sakinlər üçün ciddi problemlər yaradıb.

Pambıq sahələri kollektorun digər hissəsində olduğundan təsərrüfat işləri ilə məşğul olan sakinlər öz sahələrinə gedib-gəlməkdə çətinlik çəkir. Kənd təsərrüfatı texnikalarını çayın digər sahilinə keçirmək mümkün olmur. Bu gün sabah kütləvi pambıq yığımına start veriləcəyi təqdirdə təsərrüfat sahibləri nə edəcəyini bilmirlər. Problemlə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, nəticəsiz qalıb.

Kollektora cavabdehlik daşıyan Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsindən bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı ASC körpünün qəzalı olması barədə məlumatlandırılıb.

Cəmiyətin mütəxəssisləri idarənin mütəxəssisləri ilə birlikdə körpüyə baxış keçiriblər. Qəzalı olduğuğundan köhnə körpünün yanında yeni körpünün tikintisi üçün layihə hazırlanıb. Gələn ilin əvvəllərində vəsait ayrılan kimi yeni körpünün tikintisinə başlanılacaq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO