kanal1

Vardanyan Xankəndidən qaçmağa çalışır, məqam gözləyir

Tarix:6-01-2023, 12:46
Baxış Sayı:59 020

Vardanyan Xankəndidən qaçmağa çalışır, məqam gözləyir


Kremlin Xankəndidəki dələduz “desantı” Ruben Vardanyan aldığı tapşırıqlar əsasında planlarını rahat formada həyata keçircəyini düşünsə də, ancaq zaman keçdikcə  bu məkrli, çirkin planları həyata keçirməyin mümkün olmadığının və  iflasa uğradığının fərqindədir. Vardanyan hesab edirdi ki, qısa zamanda erməni cameəsində asanlıqla barəsində “xilaskar”, “qəhərman” obrazı formalaşdıracaq və bununla da qarşıya qoyulan hədəflərinə nail olacaq.  Lakin heç də hər şey əksinə oldu. Bu işdə ona heç milyonları da yardım etmirdi. Düşünürdü ki, bu işdə maliyyəsi də ona yardımçı olacaq. Amma bu da fayda vermədi. Bunu Xankəndindəki davamlı aksiya keçirmək planlarının alt-üst olması bunu sübut etdi. Böyük maliyyə xərcləri hesabına yalnız bir dəfə güc-bəla ilə bir aksiya keçirməyə nail oldu və o da lazımi effekti vermədiyindən dayandırmaq zorunda qaldı. Uğursuz aksiyadan sonra anlamağa başladı ki, planları heç də istədiyi formada getmir. “Sən saydığını say, gör fələk nə sayır” misalında olduğu kimi...

Və bundan sonra nə qədər dələduz olsa da, Azərbaycanın gücünü dərk etməyə başladı. Dərk etməyə başladı ki, bu işlər onun başını soxa biləcək qazan deyil. Bu qazana elə bir qazan ki, orada bundan öncə Azərbaycana qarşı məkrli, çirkli oyunlar quranların çox özündən deyənləri  kəlləsindən edib.  Növbəti mərhələdə bu qazanda növbəti kəlləsindən olacaq  şəxs isə dələduz Vardanyan olacaq.  O bunun fərqindədir.  Məcburiyyət qarşısında Azərbaycanın gücünü etiraf edib, müxtəlif variantlar işlətməklə üzləşdiyi oyundan yayınmağa, məqam yetişdikdə isə aradam çıxmağa çalışır. Bu məqsədlə üzərinə götürdüyü missiyaya nail ola bilməyən Vardanyan iflasını ən müxtəlif bəhanalərlə başqalarının üzərinə atmaqla özünün sığortalamağa çalışır. Onun erməni mediasına verdiyi sonuncu açıqlamada bunun bariz nümunəsidir. O deyib: “Rusiya sülhməramlılarını, Ermənistan hökumətini, ABŞ, Fransa və BMT hökumətlərini tənqid etmək mənim üçün asan olardı, amma bu nə verəcək?

Qarabağda çox məhdud hüquqlara malik 2000-dən az rus sülhməramlısı var. Bu vəziyyətdə onlar əllərindən gələni edirlər. Tələblərimiz daha böyük ola bilər və bizim Rusiya tərəfinə tələblərimizi təqdim etmək hüququmuz var, amma digər tərəfdən reallığı anlaya bilərik. Onlar heç bir həll təklif etmədən, birliyi məhv etməyə kömək edirlər”.

Vardanyan bu açıqlaması ilə həm özünü sığortalayır, həm də günahı ermənilərin üzərinə atmaqla vəziyyətdən çıxmaq istəyir.

Artıq sadə ermənilər də belə dələduz, quldur, cinayətkarların oyunlarından yorulub və onların oyunlarının qurbanı olmaq istəmir. O baxımdan da belə “xilaskarlara”, “qəhrəmanlara” dəstək vermirlər. Anlayırlar ki, nəticədə uduzan və oyunun qurbanı yenə onlar olacaq.  

211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük
Borel və Lyayendən Rusiya bəyanatı: Şoka düşmüşük