kanal1

Natiq müəllim: “Əhalinin sağlamlığı, səhiyyənin inkişafı və biotəhlükəsizlik məsələləri Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir”

Tarix:21-12-2021, 14:47
Baxış Sayı:210 617

Natiq müəllim: “Əhalinin sağlamlığı, səhiyyənin inkişafı və biotəhlükəsizlik məsələləri Azərbaycanda dövlət siyasətinin mühüm prioritetlərindən biridir”


Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Natiq müəllim - Azərbaycanda vaksinasiya könüllülük, şəffaflıq, mərhələlilik və təhlükəsizlik prinsipləri ilə həyata keçirilir. Dünyanı bürüyən COVİD-19 virusunun acı nəticələri ölkəmizdən də yan keçməmişdir. Pandemiya ilə mübarizə tədbirləri çərçivəsində onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün ölkə prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, müvafiq işlər görülür. Virusla mübarizədə əsas amil vaksinasiyanın aparılmasıdır. Azərbaycanda vaksinasiya könüllülük, şəffaflıq, mərhələlilik və təhlükəsizlik prinsipləri ilə həyata keçirilir. Vaksinasiyanın əsas hədəfi epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölümlə nəticələnən halların azaldılamasıdır.

Hər il vaksinlər milyonlarla insanların həyatını xilas edir. Hal hazırda ölkəmizdə könüllülük əsasında bir neçə vaksin növündən istifadə olunur. Araşdırmalar isbat edir ki, 2 doza ilə peyvənd olunmuş şəxslər də virusun yeni yaranmış növünə yoluxa bilər. Buna görə də 3-cü, yəni "buster" dozaya ehtiyac yaranır.

Bu vaksinlərdən hər hansı birinin COVİD-19 xəstəliyinin variantlarından birinə və ya bir neçəsinə qarşı az səmərəli olması sübuta yetirilsə, həmin vaksinlərin tərkibinin müvafiq variantlardan qorunmaq üçün dəyişdirilməsi mümkündür. Gələcəkdə vaksinasiya proseslərində vaksinlərdən təkrar, gücləndirici istifadə və digər dəyişikliklər kimi yeniliklər tələb oluna bilər.

Hal-hazırda isə etməli olduğumuz vacib iş vaksin olunmaqdır və virusun yayılmasını azaltmaq üçün zəruri tədbirləri, o cümlədən fiziki məsafəni saxlamağı, maskadan istifadəni, qapalı məkanların yaxşı havalandırılmasını, müntəzəm olaraq əllərinizi yumağı və simptomlar müşahidə olunduqda, tez bir vaxtda tibbi yardım üçün müraciət etmə təcrübəsini davam etdirməkdir.

Vaksinasiyada iştirak etmək hər birmizin borcudur. Yaxınlarımızı ətrafımızdakıları qorumaq üçün peyvənd olunmalıyıq.

**
Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Natiq müəllimin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Natiq müəllim qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Natiq müəllim səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Karantin dövründə də rayonda yaşayan sakinlərin evlərinə ərzaq bağlamaları göndərilmişdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Natiq müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Natiq müəllimdir.

Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Natiq müəllim peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Natiq müəllim bu işin müqəddəsliyini qoruyub saxlayır. Natiq müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Natiq müəllimdən danışdılar yaxşı ki, Natiq müəllim Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimidir… Natiq müəllim öz isguzarlığı ilə tanınır və seçilir….

Natiq müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Natiq müəllim böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Natiq müəllim yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Natiq müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Natiq müəllim insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Natiq müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şəki Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Natiq müəllim özünü doğruldub. Bizdə hörmətli Natiq müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO