kanal1

Cənab Lavrov bundan sonra bir də heç vaxt “heç vaxt” deməsə daha yaxşıdır - Bir axşam qəfil verilən bəyanat...

Tarix:9-12-2023, 09:00
Baxış Sayı:26 786

Cənab Lavrov bundan sonra bir də heç vaxt “heç vaxt” deməsə daha yaxşıdır - Bir axşam qəfil verilən bəyanat...


Dekabrın 7-də axşam Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikasının Baş Naziri Aparatının birgə bəyanatı yayılıb:

“Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

Maraqlıdır, belə birgə bəyanat necə mümkün olub? Bu, son vaxtlar tərəflər arasında təkbətək gizli danışıqların getdiyindən xəbər verirmi? Və ola bilərmi ki, tərəflərin belə bir bəyanatının ortaya çıxması ABŞ dövlət katibinin müavini O`Brayenin Bakıya son səfəri ilə hansısa dərəcədə bağlıdır?

Konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani məsələ ilə bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

O, hesab edir ki, bundan sonra 2023-cü il dekabrın 7-i iki ölkə arasında münasibətlərdə yeni dövrün başlanğıcını qoyan tarix kimi yadda qalacaq.

“Eyni zamanda, 7 dekabr bütün regionumuzun sürətli və dinc inkişafının təməlinin qoyulduğu başlanğıc nöqtəsi olacaq. Ona görə də, biz bu addımla bu iki xalqın gələcək tarixini yazmış iki ölkə liderinin göstərdiyi cəsarət və müdrikliyi vurğulamaya və etiraf etməyə bilmərik.

Eyni zamanda, dekabrın 7-si həm də Rusiyanın Cənubi Qafqaz xarici siyasətinin fiaskosunun baş verdiyi gündür. Rusiyanın regiona təsiri daha çox Ermənistanla Azərbaycan arasında artıq tarixə çevrilən münaqişədən güc alırdı. Əminəm ki, Moskvadakıların əhvalı pisdir. Xüsusən də, bu yaxınlara qədər bizi “heç kim heç vaxt Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxara bilməyəcək” deyə inandırmağa çalışan XİN-in rəhbərinin. Mən cənab Lavrova bundan sonra bir də heç vaxt “heç vaxt” deməməyi məsləhət görürəm”, – konfliktoloq bildirib.

“Mən, bütün bu illər ərzində (o cümlədən sizinlə müsahibələrim də daxil olmaqla) dəfələrlə bəyan etmişəm ki, Ermənistanla Azərbaycan arasında gərginliyin saxlanmasında maraqlı olan yeganə tərəf Rusiyadır. Ona görə də, daim tərəfləri Rusiyanı danışıqlar prosesindən kənarlaşdırmaq üçün daha çox səy göstərməyə çağırırdım. Əlbəttə, bu asan deyildi və üstəlik, hətta utopik görünürdü. Lakin indiki geosiyasi proseslər bunu mümkün etdi və tərəflər “işin qulpundan yapışdılar”.

Sualınıza cavab olaraq deyim ki, Qərb və xüsusən də ABŞ bu istiqamətdə çox böyük iş görüb. ABŞ-ın və digər ölkələrin müxtəlif yüksək vəzifəli rəsmiləri nəhayət iki ölkə arasında münasibətləri normallaşdırmaq məqsədi ilə son illər ərzində Bakı və İrəvana bir sıra mühüm səfərlər ediblər. Gördüyümüz kimi, bu proses artıq yekun mərhələdədir və şübhəsiz ki, müsbət davamı da olacaq. Bir tərəfdən, Ermənistan KTMT-dən çıxacaq və bunun nəticəsi olaraq Gümrüdəki Rusiya bazası bağlanacaq. Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələri Qarabağ ərazisini tərk edəcəklər”, – deyə Xevtsuriani yekunlaşdırıb.

Müəllif: Rauf Orucov - Mənbə: Pressklub.az

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO