kanal1

İranın peşmanlığı: Paşinyanın siyasəti Putin və Rəisini ciddi narahat edib - DETALLAR

Tarix:12-12-2023, 12:37
Baxış Sayı:22 700

İranın peşmanlığı: Paşinyanın siyasəti Putin və Rəisini ciddi narahat edib - DETALLAR


İrəvanın son vaxtlardakı qərbyönümlü siyasəti Moskva və Tehranı ciddi narahat etməkdədir. Bu məsələ İran prezidenti İbrahim Rəisinin bu günlərdə Moskvaya səfəri zamanı rusiyalı həmkarı Putinlə də görüşündə müzakirə edilib.

 “mehr” xəbər verir ki, Rusiya və İran liderlərinin görüşündə Cənubi Qafqaz regionu ilə bağlı danışıqlar müzakirələrinə və onların kontekstində Ermənistanın qərbyönlü münasibətinə xüsusi diqqət yetirilib. 

“Ümumi yanaşmaya görə, Cənubi Qafqaz Qərbsiz Tehran və Moskva üçün lazımdır. Üstəlik, bu kontekstdə Azərbaycan ümumi tərəfdaş, Ermənistan isə problemli reallıq kimi qəbul edilir. İrəvan-Paris əməkdaşlığının dərinləşməsi, xüsusilə Ermənistan-Fransa müdafiə əlaqələrinin dərinləşməsi, o cümlədən Fransanın Ermənistana silah tədarükü Tehran və Moskvanı həm baş verənlər, həm də baş verəcəklər  fonunda xüsusilə narahat edib”, - nəşr qeyd edib.

Nəşr eyni zamnda bunları da qeyd edib: 

“Təbii ki, İran İrəvan üçün yaxşı qonşu və etibarlı tərəfdaş olmaqda davam edir, lakin Rusiya mətbuatında yayılan fikirlərə görə, Ermənistanın xüsusilə özü üçün qərbyönümlü mövqe tutması, Tehranda şübhələr yaradır. Mövcud vəziyyət davam edərsə və  Ermənistanın qərbyönümlü mövqeyini dərinləşdirərsə, ola bilsin ki, Tehran onsuz da Azərbaycanla daha sıx münasibətlər quraraq regional siyasi mühiti tarazlaşdırmağa çalışsın”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO