kanal1

Bir il sonra Rusiya hərbi kontingentini evinə yola salacağıq - Başqa cür ola da bilməz...

Tarix:15-02-2024, 14:22
Baxış Sayı:108 964



Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın ölkəmizdəki səfiri Mixail Yevdokimovun “İzvestiya” qəzetində dərc edilmiş müsahibəsində rus sülhməramlıları ilə bağlı söylədiklərinə münasibət bildirib. Nazirliyin mətbuat sözçüsü Ayxan Hacızadə bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında imzalanmış Üçtərəfli bəyanata əsasən, rus sülhməramlılarının Qarabağda qalma müddəti 2025-ci ildə yekunlaşır. O qeyd edib ki, Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb: "Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur". Xatırladaq ki, Rusiyanın ölkəmizdəki səfiri 2025-ci ildə rus sülhməramlılarının Azərbaycanda qalma müddətinin əlavə olaraq uzadıla biləcəyindən danışmışdı.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya rəsmiləri və diplomatları hər dəfə “Rusiya hərbi kontingenti 2025-ci ildən sonra da bölgədə qala bilər” dedikcə Azərbaycan rəsmiləri və diplomatları “sülhməramlıların qalma müddəti 2025-ci ildə yekunlaşır” cavabını verirlər. Ekspertin sözlərinə görə, bununla iki ölkə rəsmiləri və diplomatları arasında qiyabi polemika gedir:
"Rusiya “qalmaq istəyirik” dedikcə, Azərbaycan “qalmaq müddətiniz gələn il bitir” cavabını verir. Moskvadan bir ara açıqlama gəldi ki, guya, Rusiya hərbi kontingenti ərazidə minaların zərərsizləşdirilməsi ilə məşğul olacaq. Ancaq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənın bugünkü açıqlamasından bəlli olur ki, Rusiya hərbi kontingenti minaların zərərsizləşdirilməsinə maraq göstərmir. Əks halda azərbaycanlı diplomat “ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur” cümləsini işlətməzdi. Deməli, minaların zərərsizləşdirilməsiylə bağlı ortaq fəaliyyət yoxdur. Lap yaxşı, bu bizim bir il sonra Qarabağda işsiz-gücsüz qalan Rusiya hərbi kontingentini evinə yol salmağımızı asanlaşdıracaq".

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı