kanal1

Zakir Həsənovdan tapşırıq: “Müasir silahların tətbiqinə hər an hazır olun”

Tarix:28-03-2022, 11:50
Baxış Sayı:185 688

Zakir Həsənovdan tapşırıq: “Müasir silahların tətbiqinə hər an hazır olun”


Martın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb.

Müdafiə naziri Ali Baş Komandanın Azərbaycan ordusunun şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığına yüksək qiymət verdiyini qeyd edib.

Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki vəziyyət və Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib. Nazir hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin daim təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.

Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə real döyüş şəraitinə uyğun intensiv təlim və praktiki məşqlərin keçirilməsi, həmçinin hərbi hissələrin qarşısında duran döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olması barədə göstəriş verib.

General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqinə şəxsi heyətin hər an hazır olması barədə komandir və rəis heyətinə tapşırıq verib.

Nazir yüksək dağlıq və sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin sağlamlığının gücləndirilməsi və mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsi ilə bağlı müvafiq vəzifəli şəxslər qarşısında tapşırıq qoyub.

Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Ərdoğanın möhtəşəm planı: Kanal İstanbul açılır — Montre dövrü bitir?
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Katolikos blokadada: kilsəyə SON ZƏRBƏ belə vurulacaq – Rusiya təlaşda
Sabah gecə metro 1 saat artıq işləyəcək
Sabah gecə metro 1 saat artıq işləyəcək
Cenevrədə ABŞ-İran danışıqları başladı
Cenevrədə ABŞ-İran danışıqları başladı
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Ramazanla bağlı fətva verildi - Adambaşına 10-15 manat zəkat
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
Vardanyana hökm oxundu - 20 il - Yenilənib
“Qalatasaray” “Yuventus”a qarşı
“Qalatasaray” “Yuventus”a qarşı