kanal1

Erməni diplomatdan etiraf: Soçidə razılaşma əldə olunub, qalır onun cəmiyyətə necə çatdırılması

Tarix:3-11-2022, 11:10
Baxış Sayı:69 008

Erməni diplomatdan etiraf: Soçidə razılaşma əldə olunub, qalır onun cəmiyyətə necə çatdırılması


“Soçi görüşündən öncə İrəvan  mövqeyini gücləndirib əlavə dəstək almaq üçün KTMT-nin sammitini keçirsə də, nəticə etibarı ilə yumşaq desək, çox uğursuz oldu. Soçi görüşünə gəldikdə isə deyə bilərəm ki, orada razılıqlar əldə edilib. Burada söhbət əldə edilən razılaşmanı cəmiyyətə necə çatdırılmasından gedir”.

Bunu Ermənistanın Hindistan və Almaniyadakı keçmiş səfiri Armen Martirosyan deyib.

Erməni diplomat bildirib ki, Ermənistanın sülh danışıqları ilə bağlı proseslərə təsir rıçaqları yoxdur: “Əgər təsir rıçağınız yoxdursa, deməli, sizin siyasətdə iştirak etmək, onu inkişaf etdirmək, həyata keçirmək bir yana, heç imkanınız da yoxdur. Yəni hər şey Əliyevdən və  Rusiyanın buna nə qədər hazır olmasından asılıdır. Biz burada ən yaxşı halda ərizəçi rolundayıq və bu göz qabağındadır. Ona görə də gözləmək çətindir ki, Soçidə hansısa ciddi, əsaslı bəyanat olmalı idi”, - deyə Martirosyan qeyd edib.

Soçidə ilkin bəyanatın mətninin  dəyişdirilməsi ilə bağlı səslənən fikirləri  şərh edən erməni diplomatın sözlərinə görə, 25 illik diplomatik təcrübəmdən deyə bilərəm ki, tərəflər öz ideyalarını təqdim edirlər və kimsə onu redaktə etməyi öz üzərinə götürür: “Məncə, bunu Rusiya Xarici İşlər Nazirliyi edib. Bu, çoxtərəfli diplomatiyanın normal prosesidir. Bəyanatın hər kəs üçün məqbul olması üçün onun minimal spesifikliyi olmalıdır. Bu, yeni bir şey deyil, məni təəccübləndirmir, amma bizi narahat edən başqa məqamlar var. Daha çox gözləntilərimiz ola bilərdi... və bu olmadı”.

O əlavə edib ki, görüşdə Ermənistan güc tətbiq etməkdən və ya onun tətbiqi ilə hədələməkdən çəkinməyə, bütün problemli məsələləri müstəsna olaraq suverenliyin qarşılıqlı tanınması əsasında müzakirə edib həll etməyə razılaşdı: “Sənəddə ən mühüm prinsip yarana biləcək bütün mübahisəli məsələlər tərəflərin ərazi bütövlüyü və suverenliyinin tanınması prinsipi əsasında həll olunmasıdır. Bu sənədin ən mühüm tezisi budur, digər maraqlısı isə odur ki, ümumiyyətlə, Qarabağdan söhbət gedə bilməz. Yəni Əliyev  Qarabağ problemini həll etdiyini təsdiqləməyi bacardı və bu gün belə problemin olmadığını bəyan etdi. Hətta “münaqişə” sözü də mətndə yoxdur”. 

Tərəflərin hansı məsələdə razılaşma əldə etməsinə gəldikdə erməni diplomat deyib ki, nəyin razılaşdırıldığı barədə məlumatı yoxdur: “Bunu cəmi 3 nəfər bilir. Başqa mənbələrdən aldığım məlumatları nəzərə alsaq, məndə belə bir təəssürat yaranır ki, razılaşmalar əldə olunub. İndi növbə siyasi texnokratlardadır, bunu cəmiyyətə necə çatdırmasıdır”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO