kanal1

Paşinyanın "zəlzələ diplomatiyası" ittihamlara yol açıb: Erməni radikallar fəlakətə "geopolitik pəncərə"dən baxır

Tarix:10-02-2023, 09:26
Baxış Sayı:77 180

Paşinyanın "zəlzələ diplomatiyası" ittihamlara yol açıb: Erməni radikallar fəlakətə "geopolitik pəncərə"dən baxır


Aqressiv erməni siyasi qüvvələr Türkiyədə baş verən zəlzələnin Ermənistanın geopolitik maraqlarına tamamilə cavab verdiyini düşünürlər... Erməni radikalların fikrincə, bu təbii fəlakət Türkiyəni ciddi şəkildə zəiflədəcək, rəsmi Ankaranın Cənubi Qafqaza təsirini də azaldacaq və rəsmi İrəvanı "geopolitik fayda" barədə düşünməyə çağırırlar...

Musavat.com bildirir ki, Türkiyədə baş verən təbii fəlakət bütün dünyanın diqqətini öz üzərinə çəkib. İndi Türkiyəyə dəstək olmağa çalışan, yardıma tələsən bir çox ölkə var. Belə intensiv dəstək kampaniyası rəsmi Ankaranın qorxunc təbii fəlakətin dəhşətli nəticələrinin aradan qaldırılmasında potensialını daha da artırır.

Nə qədər qəribə də olsa, Rusiya analitikləri Türkiyəyə genişmiqyaslı beynəlxalq humanitar dəstəyi rəsmi Ankaranın geopolitik əhəmiyyəti ilə izah etməyə çalışırlar. Rusiya politoloqları hesab edirlər ki, dünyanın bir çox ölkələrinin siyasi elitası rəsmi Ankaranın belə situasiyalarda verilən reaksiyalara maksimum səviyyədə həssas yanaşır. Yəni, rəsmi Ankara dost münasibətini həmişə yüksək qiymətləndirir, əvəzini müxtəlif istiqamətlər üzrə mütləq ödəyir. Türkiyənin üzləşdiyi problemlərə biganə qalanları isə heç vaxt unutmur. Və zamanı gələndə Türkiyə öz geopolitik qərarlarında dost olmağı bacarmayanların davranışlarını da nəzərə alır.
Təbii ki, Türkiyə güclü dövlətdir və bu təbii fəlakətin nəticələrini də mütləq aradan qaldırmağı bacaracaq. Rəsmi Ankaranın beynəlxalq nüfuzu və geopolitik iradəsi isə indi bir çox regionlarda böyük önəm daşıyır. Hətta Ermənistan belə, Türkiyə ilə münasibətlərində normallaşmaya cəhd göstərir. Və rəsmi İrəvanın təbii fəlakətdən sonra Türkiyəyə dəstək təklif etməsi də məhz geopolitik maraqlardan qaynaqlanır.



Ermənistan cəmiyyətində Türkiyə hələ də düşmən dövlət kimi qəbul olunsa da, rəsmi Ankaraya münasibətin dəyişməkdə olduğu da iddia edilir. Halbuki, Türkiyədə baş verən zəlzələ və onun nəticələri erməni toplumunda ziddiyyətli mövqeləri də tədricən ön plana çıxarır. Və bu, Ermənistan cəmiyyətinin hələ uzun müddət birmənalı yanaşma tərzindən uzaq olacağını da biruzə verir.

Erməni analitiklər hesab edirlər ki, rəsmi İrəvan Türkiyə ilə münasibətlərə iqtisadi-ticari pəncərədən baxmalıdır. Çünki Türkiyə ilə iqtisadi-ticari münasibətlərin qurulması ilk növbədə Ermənistan üçün yeni və geniş gəlir qaynağı rolunu oynaya bilər. Hətta Ermənistanın gələcək inkişaf perspektivlərinə Azərbaycanla yanaşı, həm də Türkiyə ilə münasibətlərin normallaşmasına bağlayanlar var.

Erməni siyasi analitik Viqen Akopyan hesab edir ki, Ermənistan cəmiyyətinin bir hissəsi Türkiyəni artıq təhlükə mənbəyi kimi görmür. Onun fikrincə, erməni toplumunda Türkiyənin regional dominantlığının bölgədə təhlükə yaratmadığını düşünənlər kifayət qədərdir. Və belələri hesab edirlər ki, Türkiyə ilə əməkdaşlıqla yeni maliyyə qaynaqları yaratmaq mümkündür, üstəlik, hətta vacibdir.

Erməni analitik xatırladır ki, baş nazir Nikol Paşinyanın növbədənkənar seçkilərdə qalib gəlməsində məhz Türkiyə faktorunun rolunu unutmaq olmaz. Çünki Paşinyan hakimiyyəti seçki ərəfəsində "sülh dövrü" ilə bağlı tezislərdən istifadə edərək, sərhəd qonşuları ilə iqtisadi-ticari münasibətlərin önəmini qabardırdı. Və bu səbəbdən Türkiyəni real təhlükə kimi görməyən, gərginliyə qarşı çıxan erməni seçicilərin də səslərinin qazanılması mümkün olmuşdu.



Göründüyü kimi, Ermənistanda regional sülhə və sabitliyə, eləcə də, iqtisadi-ticari münasibətlərin əhəmiyyətinə inananlar hər halda mövcuddur. Ancaq onların sayının Türkiyə və Azərbaycan ilə düşmənçiliyi prioritet hesab edənlərdən daha çox olduğunu düşünmək də sadəlövhlük olardı. Türkiyədə baş vermiş təbii fəlakətdən sonra Ermənistan cəmiyyətində "türk düşmənçiliyi"nin hələ çox güclü olduğu növbəti dəfə təsdiqləndi.

Məsələ ondadır ki, Ermənistan mətbuatı İrəvan sakinləri arasında ictimai rəy sorğusu keçirib. Məlum olub ki, rəyi soruşulanların mütləq əksəriyyəti bu fəlakətin baş verməsindən olduqca məmnundur. Üstəlik, ermənilər rəsmi İrəvanı Türkiyəyə dəstək təklif etməsinə görə şiddətlə qınayırlar. Hətta suala cavab verən bir ermeni Ermənistandan Türkiyəyə humanitar yardımların yalnız zəhərli maddələr qatıldıqdan sonra göndərməyi tələb edib.

Təbii ki, rəsmi İrəvanın da Türkiyəyə yardım təklif edərkən, səmimi olmadığı qətiyyən şübhə doğurmur. Böyük ehtimalla rəsmi İrəvan diplomatik riyakarlığa cəhd göstərib, beynəlxalq məkanda "humanist maska"da görünməyə çalışıb. Və bunu Paşinyan hakimiyyətini təmsil edən erməni deputatların son açıqlamaları da təsdiqləyir.

Baş nazir Nikol Paşinyanın yaxın ətrafına daxil olan həmin erməni deputatlar rəsmi İrəvanın dəstək təklifini tənqid ediblər və bildiriblər ki, Ermənistanın Türkiyəyə yardım etməsi yolverilməzdir. Deputat Akop Aslanyan açıq şəkildə vurğulayıb ki, baş nazir Nikol Paşinyanın Türkiyəyə xilasedicilər göndərmək qərarı sadəcə, diplomatik addımdır. Erməni deputat hətta həmin xilasedicilərin türkləri xilas etməsini istəmədiyini də qətiyyən gizlətməyib: "Mən türkü xilas etməyə borclu deyiləm. Mən türkü öldürmək üçün yaradılmışam. Ən yaxşı türk ölmüş türkdür. Mən bunu öz oğluma hələ 1994-cü ildə, ilk müharibə dövründə demişəm".



Hazırda baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyəyə təbii fəlakətlə bağlı başsağlığı verdiklərinə görə sərt tənqidlərə və ittihamlara məruz qalırlar. Erməni spiker isə ittiham müəlliflərinin mövqeyini yanlış hesab edir: "Mən Türkiyəyə başsağlığı vermişəm və düz etmişəm. Siz fəlakətin baş verdiyini və minlərlə mülki şəxsin həlak olduğunu anlayırsız? Belə faciə ilə vaxtilə biz də üzləşmişdik".

Göründüyü kimi, Ermənistan cəmiyyətində Türkiyəyə münasibətin dəyişməkdə olduğu iddia olunsa da, düşmənçilik mövqeyini qoruyanlar hələ də mütləq çoxluq təşkil edirlər. Hətta Paşinyan hakimiyyətinin Türkiyəyə dəstəklə bağlı "diplomatik" addımı belə, erməni toplumunda ciddi etirazlarla və ittihamlarla qarşılanır. Rəsmi İrəvan Türkiyədə baş verən təbii fəlakətə geopolitik maraqlar pəncərəsindən baxmağa çalışa da, erməni toplumu bunu yersiz hesab edir.

Hətta daha aqressiv siyasi qüvvələr Türkiyədə baş verən zəlzələnin Ermənistanın geopolitik maraqlarına tamamilə cavab verdiyini düşünürlər. Onların fikrincə, bu təbii fəlakət Türkiyəni ciddi şəkildə zəiflədəcəcək, rəsmi Ankaranın Cənubi Qafqaza təsirini də aradan qaldıracaq. Ona görə də, erməni siyasi radikallar hesab edirlər ki, rəsmi İrəvan Türkiyəyə yardım etmək əvəzinə, bu zəlzələnin nəticələrindən Ermənistanın geopolitik maraqları çərçivəsində istifadə etmək barədə düşünməlidir.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO