kanal1

Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?

Tarix:30-03-2023, 10:31
Baxış Sayı:59 020

Azərbaycan Laçın dəhlizində nəzarət məntəqəsi qurub?


Dünən gecə saatlarında erməni mənbələri belə bir məlumat yaydı: Azərbaycan hərbçiləri Gorus-Xankəndi yolunu Ermənistanla sərhəd hissədə, Qafanın Tex (Dığ) kəndi yaxınlığında bağlayıb.

Publika.az xəbər verir ki, bu məlumat erməni teleqram kanallarında (Togarma, Armenian military portal və s.) yayıldı.

Məlumatda iddia olunur ki, “bir neçə saat əvvəl Azərbaycan ordusuna məxsux bir neçə "Ural" avtomobili Ermənistanla sərhəddə, Tex kəndi yaxınlığında Gorus-Xankəndi yolunu bağlayıb”.

İddia belədir ki, ərazidə Azərbaycan ordusuna məxsus 10-dan çox "Ural" maşını var və Azərbaycan əsgərləri yolda səngər qazmağa, mühəndislik işləri aparmağa və nəzarət məntəqəsi qurmağa hazırlaşır.

“Togarma” kanalı yazır ki, bu addım Laçın dəhlizinin tamamilə alternativ yola köçürülməsinin nəticəsi ola bilər.

“Əldə etdiyimiz məlumata görə, Azərbaycan Laçın dəhlizinin əvvəlki yolunun bir hissəsindən müvəqqəti istifadəyə icazə verib. İrəvan aprelin 1-nə qədər Qarabağla Ermənistanı birləşdirən yolu inşa etməli, əvvəlki yol da tamamilə Azərbaycanın nəzarətinə keçməli idi. Lakin Ermənistan tərəfi yeni yolu inşıa etməyib, Azərbaycan isə qoyulan vaxta uyğun həmin yolu bağlayaraq, nəzarət məntəqəsi yaradır. Ümid edirik ki, səbəb budur. Əks təqdirdə bu, Laçın dəhlizini Azərbaycanın nəzarətinə keçirəcək son addım olacaq”, - erməni kanalı yazır.

Bu informasiya rəsmi olaraq təsdiqlənməyib. Lakin erməni mənbələr bu addımı Laçın dəhlizinin Ermənistanla sərhəddə başlanan hissəsində nəzarət-keçid məntəqəsinin qurulması olaraq dəyərləndirilir.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO