kanal1

"Sabah Azərbaycan xüsusi təyinatlıları Xankəndiyə enərsə, biz buna təəccüblənməməliyik" - AÇIQLAMA

Tarix:4-05-2023, 12:00
Baxış Sayı:100 788

"Sabah Azərbaycan xüsusi təyinatlıları Xankəndiyə enərsə, biz buna təəccüblənməməliyik" - AÇIQLAMA


“Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda hakim yüksəklikləri götürməklə nəzarətimizdə olmayan əraziyə operativ nəzarəti təmin edir. Bununla əslində, Azərbaycan hökuməti bir növ “küp strategiyası”nı həyata keçirir.  Aprelin 23-də Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsini qoymaqla küpün ağzını bağlayır. Hesab edirəm ki, bu, Şuşanın alınmasından sonra ən mühüm hərbi - strateji uğur idi”.

Bunu siyasətçi Sülhəddin Əkbər  “azpolitika”ya müsahibəsində deyib.
 Onun sözlərinə görə, yolun ağzını bağlamaqla, biz artıq Azərbaycanın suveren ərazisində olan Rusiya “sülhməramlılarını”, Ermənistanın qeyri-qanuni hərbi birləşmələrini və separatçıları tam operativ nəzarətə götürmüş olduq.

Siyasətçi hesab edir ki, azərbaycan bundan sonra hakim yüksəkliklərdən yavaş- yavaş aşağı enmək prosesi başlayacaq: “Azərbaycan 48-72 saatlıq bir hərbi əməliyyata hazır olmalıdır. Bunun üçün Ukrayna-Rusiya cəbhəsində Ukraynanın başladacağı əks-hücum əməliyyatları bizə fürsət verəcək. Biz 48 -72 saat olacağı gözlənilən əməliyyatın ərəfəsindəyik. Bu, xarakter etibarilə xüsusi əməliyyat, yaxud siyasi, diplomatik, iqtisadi, sosial tədbirlərin hərbi və xüsusi əməliyyatla kombinasiyası da ola bilər. Yəni, bir kompleks tədbirlər planı həyata keçirilə bilər”. 

S.Əkbər belə bir əməliyyatın  Ukraynanın əks-hücum əməliyyatları fonunda keçirilməsi çox zəruridir. “Ukrayna təxminən 5-21 may tarixləri arasında əks-hücum əməliyyatlarına start veriləcəyi gözlənilir. Hesab edirəm ki, çox uğurlu əməliyyat olacaq. Ukraynanın uğurlu hücumunun pikində Azərbaycan qeyd etdiyim 48 -72 saatlıq əməliyyatı həyata keçirməlidir. Məqsəd bu günə qədər bizim yurisdiksiyamızdan kənarda olan ərazidə suverenliyimizin bərpası olmalıdır”, - o qeyd edib.

 Siyasətinin fikrincə, azərbaycan belə bir əməliyyat keçirərsə, Rusiya buna ciddi reaksiya verə bilməyəcək: 

“Rusiya 23 apreldə bizim atdığımız addıma elə də kəskin reaksiya vermədi. Rusiya prinsipcə buna razıdır.

Ona görə ki, Rusiya Azərbaycanla  hesablaşmağa məcburdur. Rusiya Qafqazda Türkiyə-Azərbaycan İttifaqına qarşı ikinci bir cəbhə açmaq iqtidarında deyil. Rusiya yaxın perspektivdə Ukraynanın başladacağı hücuma hazırlaşır.

Belə bir vəziyyətdə Rusiya hazırda asılı olduğu Türkiyə - Azərbaycan ittifaqına qarşı ikinci cəbhə aça bilməz. Rusiya Türkiyə-Azərbaycan İttifaqı və onun ətrafında olan geniş koalisiya qarşısında geri çəkilməyə məcbur olacaq. 

Biz burada Böyük Britaniya, İsrail və xüsusən də Türkiyə ilə birlikdə hərəkət etməli, Rusiya ilə aktiv siyasi, diplomatik fəaliyyət aparmalıyıq. Sabah Azərbaycan xüsusi təyinatlıları Rusiyanın “sülhməramlılarıyla” birgə Xankəndiyə enərsə, biz buna təəccüblənməməliyik. Bir məsələni də qeyd etmək istərdim ki, yeni təyin olunan komandan Rusiyanın Müdafiə naziri ilə birbaşa əlaqəsi olan, ona yaxın adamdır. Bilirsiniz ki, Sergey Şoyqunun da Azərbaycanda xüsusi əlaqələri var. Onunla necə dil tapmaq lazım olduğunu Azərbaycan hakimiyyəti çox yaxşı bilir”.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO