kanal1

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir

Tarix:8-05-2023, 15:30
Baxış Sayı:95 794

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir


Qərb Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqlarının bərpası istiqamətində yenidən vasitəçilik missiyasını aktivləşdirməkdədir və bu məqsədlə yaxın günlərdə Ermənistan və Azərbaycan liderləri  arasında həftəsonu Brüsseldə  növbəti görüş planlaşdırılır.

Bu barədə “Financial Times” qəzeti görüşə hazırlıqla tanış olan üç rəsmiyə istinadən yazıb.

Nəşrin yazdığına görə, Avropa İttifaqı  Şurasının prezidenti Şarl Mişel bazar günü Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu, fevralda Münhendəki danışıqlardan və keçən həftə iki ölkənin xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən geniş müzakirələrdən sonra iki lider arasında ilk təkbətək görüş olacaq.

Üç liderin həmçinin iyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makron ilə daha bir görüş keçirməsi planlaşdırılır.

Nəşrin məlumatına görə, danışıqlarda yəqin ki, Azərbaycan tərəfindən Laçın yolunda sərhəd-keçid məntəqəsinin yaradılması məsələsi də müzakirə olunacaq, həmçinin sərhədlərin demarkasiyası, əsirlərin mübadiləsi və digər mövzular müzakirə olunacaq.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO