kanal1

Xankəndidəki 6 saatlıq gərginliyin detalları: Putinə, Baydenə, Makrona, İrəvana inandıq...

Tarix:29-08-2023, 13:05
Baxış Sayı:34 504

Xankəndidəki 6 saatlıq gərginliyin detalları: Putinə, Baydenə, Makrona, İrəvana inandıq...



Arayik Arutyunan Xankəndi üçün yuxusuz və gərgin gecədə keçirilən 6 saatlıq müzakirələrin detallarını açıqlayıb.

Xankəndidə meydanında ermənilər qarşısında çıxış edən Arutyunyanın sözlərinə görə, gərgin keçən müzakirələrdə əsasən aşağıdakı məsələlərdən danışılıb: “Laçın SBM-də üç gəncin Azərbaycan tərəfdən  saxlanması və onların taleyi, çörək məsələsi,  yolun açılmasının zəruriliyi, eləcə də onun mümkün istefası ilə bağlı məsələ müzakirə olundu”.

Arutyunyan çörək probleminin bir neçə gün ərzində həll olunacağını bəyan edib.

“Aclığa görə qınaya bilərsiniz. Niyə gecikdin? Məni təhqir, tənqid edə bilərsən, amma istəyirəm ki, məni başa düşəsiniz. Biz hər şeyə - fövqəldövlətlərə, BMT-yə inandığımız üçün bu nöqtəyə gəldik. Bu günə qədər gözlədik, inandıq. Biz Putinə, Baydenə, Makrona və Ermənistan hökumətinə inandıq... Amma onlar bizi girov qoydular. Biz təkik. Nə dostumuz var, nə də dəstəyimiz. Bütün məsələləri sizinlə birlikdə həll edəcəyik”, - deyə, Arutyunyan vurğulayıb.

O əlavə edib ki, 6 saatlıq müzakirə nəticəsində ümumi bir qərara gəlmək mümkün olmadı. 
“Bu gün mənim “prezident” olub-olmamağım məsələsi də müzakirə olundu. Sabah, o biri gün hər şey barədə daha dar tərkibdə qərar verəcəyik, lazım gəlsə, istefa verəcəm”, - Arutyunyan yekunlaşdırıb.

Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO