kanal1

Deputat Aqiyə Naxçıvanlı YAP fəalları və gənclərlə müzakirələr apardı

Tarix:2-03-2022, 08:30
Baxış Sayı:166 618

Deputat Aqiyə Naxçıvanlı YAP fəalları və gənclərlə müzakirələr apardı


Oğuzda deputat Aqiyə Naxçıvanlının təşəbbüsü ilə rayon gənclərinin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək verilməsi və inkişafı istiqamətində görüş keçirilmişdir. Deputat bildirmişdir ki, görüşün keçirilməsində əsas məqsəd rayon gənclərinin problem və təkliflərini dinləmək, gənclərə fəaliyyətlərində yardımçı olmaqdır. Bu məqsədlə tədbirə Oğuz rayonunun fəal gəncləri dəvət olunmuşdur. Tədbiri giriş sözü ilə açan Anar Məcidov Oğuz gəncləri adından deputat Aqiyə Naxçıvanlını salamlayaraq ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli geniş imkanlardan söhbət açmışdır. O, Oğuz gənclərinin bilikli, dünyagörüşlü, müasir, yeniliklərə bələd, o cümlədən milli və mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda olmalarını vurğulamışdır. Sonra söz deputat Aqiyə Naxçıvanlıya verilmişdir. Aqiyə Naxçıvanlı oğuzlu gəncləri salamlamış, onlarla görüşə hər zaman həvəs və maraqla gəldiyini bildirmişdir. O, Azərbaycan gənclərinin hərb sahəsində, təhsil və mədəniyyət sahəsində, tibb və elmi-pedaqoji fəaliyyətdə, idman, istehsalat və sair sahələrdə necə fəallıq göstərdiklərindən danışmışdır. Ölkəmızın gənclərinin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında dəmir yumruq tək birləşərək dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda səfərbər olmasından söhbət açmışdır. Onlar düşməni döyüş meydanında məhv etmiş, böyük Qələbənin Azərbaycan xalqına bəxş edilməsində əsas rol oynamışlar. Bildiyiniz kimi qazanılan böyük Qələbə artıq ölkəmizlə bağlı bütün sahələrdə yeni reallıqlar yaratmışdır. Bu tarixi Qələbənin əbədiliyini, sarsılmazlığını qoruyub saxlamaq, daha güclü Azərbaycan naminə çalışmaq gənclərimizin üzərinə düşən tarixi məsuliyyət və vəzifədir.

Sonra isə söz gənclərə verilmişdir. Müzakirə formasında davam edən görüşdə gənclərin fikirləri dinlənilmiş, deputata rayon gənclərini düşündürən məsələlərlə bağlı suallar ünvanlanmış, bəzi təkliflərlə çıxışlar edilmişdir. Çıxış edən gənclər bugünkü tədbiri misal göstərərək dövlətin onlara olan qayğısından, gələcəyə düzgün istiqamətləndirilmələrindən, daim mariflənmələrindən və deputatın onlarla görüşlərinin tez-tez keçirilməsindən razı qaldıqlarını bildirərək, müasir Azərbaycana layiqli vətəndaş kimi yetişəcəklərinə söz vermişlər.

Çıxış edən İlkin Lətifov bir neçə gənc yoldaşı ilə Oğuzun Xaçmaz kəndində torpaq sahəsini üzünmüddətli icarəyə götürmək və sahibkarlıq fəaliyyətinə başlamaq üçün fikirlərinin olduğunu, bu işdə onlara Oğuzun deputatının dəstəyinin də lazım gələcəyini bildirmişdir. YAP fəali Mehman Ramazanov isə Oğuzda turizm fəaliyyətinin ən uğurlu istiqamət olmasını vurğulayaraq gənclərin həmin istiqamətə də meyil göstərdiklərini söyləmişdir. Hətta bununla bağlı bir neçə yerdə Oğuz meşələrindən yığılmış meyvə və giləmeyvə konservləri hazırlayan kiçik sexlərin yaradılmasının da mümkünlüyündən danışmışdır. Fəal gənc Vasif İsmayılov isə Oğuzun qədimliyinin, özünə məxsus adət ənənələrinin, qadınlarımızın xüsusi toxuculuq bacarıqlarının olduğunu qeyd edərək kəndlərimizdə gənc qızların da məşğulluğunu nəzərə almaq məqsədi ilə toxuculuq sexlərinin açılmasını təklif etmişdir.
Tədbirdə söz alan Oğuz Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov dövlət tərəfindən gənclərlə bağlı bir neçə Dövlət proqramının icra olunduğundan söhbət açmışdır. Həmin proqramlara əsasən gənclərin fəal həyat mövqeyi yüksəlmiş, onlara göstərilən diqqət və qayğı artırılmışdır. Bu gün Azərbaycan gəncləri dövlətin idarə olunmasında fəal iştirak edir, öz əməli işləri ilə ona dəstək olurlar. Bunlarla bərabər Oğuz gənclərinin bəzi problemləri də vardır ki, dövlət səviyyəsində həll olunmasına ehtiyac vardır. Bu Oğuzda Gənclər evinin tikintisidir. Hal-hazırda gənclərimizin bir məkanda toplaşmaq, fikir mübadiləsi aparmaq, layihələr hazırlamaq üçün rayon ərazisində heç bir yeri yoxdur. Bu məsələ həllini taparsa Oğuz gənclərinin uğurları qısa müddətdə hər kəsi sevindirəcəkdir.

Tədbirin sonunda Deputat Aqiyə Naxçıvanlı ilə Oğuz gəncləri tərəfindən yaxın gələcəkdə görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi apardılar.


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO