kanal1

Gədəbəy rayonunda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir - FOTOLAR

Tarix:14-06-2022, 10:19
Baxış Sayı:154 360

Gədəbəy rayonunda “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir - FOTOLAR


Gədəbəy rayon İcra Hakimiyyəti və YAP Gədəbəy rayon təşkilatının birgə təşkilatçılığı ilə iyunun 13-də Gədəbəy Aşıq Məktəbində “15 iyun–Milli Qurtuluş günü” münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə RİH başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişdir.

Tədbir iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.

Tədbir Ulu Öndər Heydər Əliyevin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən video-çarxa baxmaqla başlanılmışıdr.

Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Naiq Nağıyev, Milli Qurtuluş Gününün Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri olduğunu, bu tarixin ölkəmizin dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə layiqli yer tutması ilə nəticələndiyini vurğulamışdır. Natiq Nağıyev həmçinin, Ulu Öndərin Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmiş, bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasətin respublikamızda bütün sahələri əhatə edən inkişafın, beynəlxalq arenada qazanılan yüksək nailiyyətlərin hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.

Tədbir rayonun tanınmış incəsənət ustalarının ifasında bayram konserti ilə davam etmişdir.


Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
Gəncə şəhəri abadlaşır və gözəlləşir - FOTOLAT
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
211 saylı məktəbin 2-ci sinif şagirdləri həvəsləndirici mükafat aldılar…
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
Nizami Mayılovun yarıtmaz idarəçiliyi bugünkü cəmiyyətimizə “üzqaralığıdır”
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
KOBİA-nın milyonçu məmuru nazir müavini təyin olunacaq? - İDDİA
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Kadr dəyişiklikləri davam edəcək: Onlar da yola salınacaq?
Mis dağındakı quldurlar – VİDEO
Mis dağındakı quldurlar – VİDEO
Rusiyadan Navalnı hücumuna REAKSİYA
Rusiyadan Navalnı hücumuna REAKSİYA
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO
"O qız Əhmədin doğma bacısı deyildi" - VERİLİŞDƏ ŞOK İDDİALAR - VİDEO