kanal1

5800 tərbiyəçi-müəllimin ali və orta təhsili yoxdur - RƏSMİ

Tarix:4-05-2023, 09:47
Baxış Sayı:18 614

5800 tərbiyəçi-müəllimin ali və orta təhsili yoxdur - RƏSMİ


Bəzi bağça müəllimlərinin dərəcəsinin azaldılması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Bildiyimiz kimi, ölkə başçısının müvafiq sərəncamına əsasən, dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.

Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb.

Məlum olub ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur.

Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər.

Elm və Təhsil Nazirliyi yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradıb. Sözügedən heyət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək.

Məlumat üçün qeyd edək ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunu elektron qaydada həyata keçirir, həmçinin məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi də ilk dəfə mərkəzləşdirilmiş müsabiqə yolu ilə təşkil olunaraq 102 nəfər işə qəbul edilib.

Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin sertifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir” - deyə cavabda qeyd olunub.

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik
Makrondan Ərdoğana həm türkcə, həm də fransızca təbrik
SON DƏQİQƏ: Ərdoğan xalqa müraciət edir - CANLI VİDEO
SON DƏQİQƏ: Ərdoğan xalqa müraciət edir - CANLI VİDEO
İlham Əliyev Ərdoğana zəng edib
İlham Əliyev Ərdoğana zəng edib
Bakı Ərdoğanın qalibiyyətinə hazırlaşır - VİDEO
Bakı Ərdoğanın qalibiyyətinə hazırlaşır - VİDEO
AKP-də qələbə sevinci: Prezident Sarayına yürüş...
AKP-də qələbə sevinci: Prezident Sarayına yürüş...
Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun"
Mehriban Əliyeva: "Qoy Azərbaycanın dövlət müstəqilliyi əbədi və sarsılmaz olsun"
Azərbaycanda Müstəqillik Günüdür
Azərbaycanda Müstəqillik Günüdür